Image default
HADİSƏ / CİNAYƏT HƏRBİ

Azərbaycanlı zabit faciəvi şəkildə həlak oldu

Rusiya ordusunda xidmət edən azərbaycanlı zabit çayda boğularaq həlak olub.

Bədbəxt hadisə iyul ayının 18-i Rusiya Federasiyasının Cənubi Saxalin vilayətində baş verib.

Belə ki, Rusiya Silahlı Qüvvələrinin baş leytenantı, 1997-ci il təvəllüdlü İlkin Rövşən oğlu Həsənov zabit yoldaşları ilə çayda çimərkən güclü axına düşür və özünü xilas edə bilmir. Onun nəşi dalğıclar tərəfindən bir gün sonra tapılaraq tibbi ekspertizaya təhvil verilib

 

Həlak olan zabitin cənazəsinin yaxın günlərdə Azərbaycana gətiriləcəyi və ata yurdu Masallı rayonunda dəfn ediləcəyi qohumları tərəfindən bildirilib.

Xatırladaq ki, İ.Həsənov Rusiyada doğulub. O, ali hərbi təhsilini Moskvada aldıqdan sonra Rusiya Silahlı Qüvvələri sıralarında xidmətə başlayıb.

Kateqoriya üzrə digər xəbərlər

Bakı sakininə səkkiz bıçaq zərbəsi vuruldu

Admin

Salyanda baş verən qəzada sahibkar öldü

Admin

Bakıda ərinin dostu tərəfindən qaçırılan 21 yaşlı gəlindən YENİ XƏBƏR – VİDEO

Admin

Bakı sakini kürəkənini küçədə güllələdi

Admin

Bakıda “Kəlbəcər” restoranında karantini pozan şəxslər saxlanıldı – FOTO/VİDEO

Admin

Məşhur müğənnilərin adı terror təşkilatında çıxdı: Murat Boz, Mustafa Ceceli…

Admin

Şərh yazın