Image default
SƏHİYYƏ

Azərbaycanlı həkim koronavirusa təkrar yoluxma riskindən danışdı

“Dünyada COVID-19-u 100 faiz düz yoxlayan test yoxdur”.

Bunu İctimai İslahatlar Mərkəzinin eksperti, həkim Nabil Seyidov ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində deyib.

O bildirib ki, bu gün test edilən şəxslərdə COVID-19-un nəticəsi neqativ çıxsa da, bu, onların yoluxmayacağı anlamına gəlməz:

“Bir şəxsdən götürülən testin nəticəsi bu gün üçün keçərlidir. Ola bilər ki, bu gün test nəticəsi neqativ çıxan şəxs bir neçə gün sonra xəstəxanada müalicəyə başlayır. Çünki bu, həmin gün, həmin saata uyğun olan nəticədir. 

Bu gün COVID-19-u 100 faiz müəyyən edən heç bir test yoxdur. Buna görə də yoluxmanı insan özü bilmir və daşıyıcı olaraq ətrafda gəzə bilir. Ümumiyyətlə, belə bir nüans var ki, 10 faiz insanın təkrar koronavirusa yoluxma riski var”.

Kateqoriya üzrə digər xəbərlər

Daha bir məşhur həkim koronavirusa yoluxdu

Admin

Virusoloq “dinc koronavirus” barədə proqnoz verdi

Admin

Gürcüstanda koronavirusa yoluxanların sayı 1 049 nəfərə çatıb

Admin

Lalə Şövkətdən xəbər var

Admin

Gündə nə qədər şəkər yeyə bilərik?

Admin

Elm adamlarından ŞAD XƏBƏR: bu peyvənd koronavirusun qarşısını alır

Admin

Şərh yazın