Image default
İDMAN

Azərbaycanlı futbolçu ABŞ-la vidalaşdı – FOTO

ABŞ “Finiks Rayzinq”indən “Şalke 04”ün əvəzedici komandasına keçən Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov klubu ilə vidalaşıb.

30 yaşlı hücumçu bu barədə öz “Instagram” hesabından paylaşım edib. O, Arizona təmsilçisinə təşəkkür edib. ABŞ-ın I divizionunda 15 qol vurmuş Rüfətin sözləri belə olub:

“Bu klub və insanlarla keçirdiyim iki il həqiqətən möhtəşəm idi. Dilini bilmədiyin yeni ölkəyə köçmək qorxulu görünə bilər. Ancaq bizi ailə, məni isə qardaş kimi qəbul edən siz idiniz. Bunu heç vaxt unutmayacağam və bu təcrübəni yaşadığım üçün sizə necə minnətdar olacağımı sözlə ifadə edə bilmirəm. Arizonada “Finiks Rayzinq”lə iki möhtəşəm il keçirdim. Uşaqlar, mənim üçün etdiyiniz hər şeyi qiymətləndirirəm.

Dünyanı gəzmək şansına, tanış olduğumuz gözəl insanlara və qazandığımız dostlara görə çox minnətdarıq.

Həyatımızın bu vaxtı heç vaxt unudulmayacaq və kluba ürəkdən ən yaxşısını diləyirəm!

Karyeramın növbəti pilləsi və qarşımızda açılan böyük imkanlar üçün çox həyəcanlıyıq! Bundan sonra xoşbəxt olduğumuz ailə və dostlara daha yaxın olacağıq.

Səyahətimizin bir hissəsi olan hər kəsə təşəkkür edirik, yenidən sizi ziyarət edəcəyik!”

Qeyd edək ki, Rüfət Dadaşovun yeni komandası Almaniyanın III divizionu (sayca dördüncü liqa) sayılan Regionalliqanın “Qərb” zonasında çıxış edir.

Kateqoriya üzrə digər xəbərlər

“Neftçi”nin Avstriya toplanışında ilk rəqibi müəyyənləşdi

Admin

“Keşlə”nin yeni baş məşqçisi bilindi – RƏSMİ

Admin

Güləşçimizin Olimpiadadakı rəqibi müəyyənləşdi

Admin

Çempionlar Liqası: “Barselona” yenə PSJ-yə sürpriz edə biləcəkmi?

Admin

“Azərreyl”də daha bir müqavilə

Admin

Mbappe Messi və Ronaldunu da geridə qoydu

Admin

Şərh yazın