Image default
AZƏRBAYCAN

Azərbaycanın yanğınsöndürənlərinin növbəti qrupu Ordu əyalətinə çatdı

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu qardaş Türkiyədə yanğınların baş verdiyi ərazilərə doğru istiqamət edir.

Quru yolla qardaş ölkəyə gedən Azərbaycan FHN əməkdaşları hazırda Ordu ərazisinə daxil olub.

Burada FHN əməkdaşlarını rəsmi şəxslərlə yanaşı, yerli sakinlər qarşılayıblar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələrinin 100 nəfər əməkdaşından ibarət ilk qrup iyulun 30-da Türkiyə Respublikasına yola düşüb.

İyulun 31-də isə Türkiyəyə daha bir qrup yola düşüb. Bu yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 54 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları, 252 nəfər yanğınsöndürən və xilasedici daxildir. (report)

Kateqoriya üzrə digər xəbərlər

Bəzi şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadıldı – RƏSMİ

Admin

Kamran Əliyev Türkiyə baş prokurorunu təltif etdi – FOTO

Admin

Azərbaycanda İqtisadi Zonaların İnkişafı Agentliyi yaradıldı

Admin

Baş nazirin müavini həmsədrlərə müharibə xəbərdarlığı etdi

Admin

Amerikalı siyasətçilər Azərbaycanı təbrik etdi – VİDEO

Admin

Ermənistandan Azərbaycana qarşı NÖVBƏTİ TƏXRİBAT

Admin

Şərh yazın