Image default
AZƏRBAYCAN

Azərbaycandan yola düşən sərnişinlərin NƏZƏRİNƏ: Qaydalar dəyişdirildi

Azərbaycan Respublikasından yola düşən sərnişinlərin COVID-19-a dair PCR testindən keçirilməsi tələbi təyinat məntəqəsində müəyyən edilmiş qaydalara əsasən aviadaşıyıcı tərəfindən tənzimlənəcək.

Bu, Baş nazir Əli Əsədovun Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalarında dəyişiklik edilməsi ilə bağlı imzaladığı qərarında qeyd edilib.

Bundan əvvəl  Azərbaycan Respublikasından yola düşən, uçuşdan əvvəl 48 saat ərzində COVID-19-a dair PCR testindən keçən və nəticəsi neqativ olan sərnişinlər bu barədə arayışı təqdim etməklə uçuşa buraxılırdılar.

Eyni zamanda, Azərbaycan Respublikasından yola düşən sərnişinlərin arayışlarının yoxlanılması terminalların girişində fəaliyyət göstərən tibb personalı tərəfindən həyata keçirilirdi. Sərnişinlərin uçuşa qeydiyyatı və hava gəmisinə daxil olması bu arayışlar əsasında həyata keçirilirdi. Bu tələb ləğv edilir.

Kateqoriya üzrə digər xəbərlər

Azərbaycan əsilli aktyor yüksək mükafatla təltif edildi

Admin

Sərt karantin rejimi elan olunan şəhər və rayonlarda məhkəmə prosesləri təxirə salındı

Admin

Çavuşoğludan Qarabağ çıxışı: 30 ildən sonra…

Admin

Nazirlikdən əhaliyə XƏBƏRDARLIQ

Admin

AZAL Bakı-Moskva reysi ilə bağlı məlumat yaydı – VİDEO

Admin

Prokuror olmaq istəyənlərin NƏZƏRİNƏ

Admin

Şərh yazın