Image default
HƏRBİ

Azərbaycandan Ermənistana sərhəddəki təxribatlarla bağlı ÇAĞIRIŞ

Azərbaycanın Ombudsman Aparatı Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədindəki təxribatları ilə bağlı açıqlama yayıb.

Məlumatına görə, açıqlamada deyilir:

“Ermənistanın beynəlxalq hüquq normalarına və 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəlarına zidd olan təxribatçı əməlləri nəticəsində Ermənistan-Azərbaycan dövlət sərhədində artıq bir müddətdir ki, müşahidə olunan gərginlik hələ də davam edir.

Ermənistan silahlı qüvvələrinin bölmələri təxribat xarakterli əməllərini davam etdirərək avqustun 13-ü saat 23:05-də Berd rayonunun Çinari kəndi ərazisində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Ermənistanı Azərbaycanın mülki əhalisinin həyat və sağlamlığı üçün təhlükə yaradan, fundamental insan hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş bu kimi təxribatçı əməllərdən çəkinməyə, ölkəmizin ərazi bütövlüyünü tanımaq və ona hörmət bəsləməklə regionun siyasi-iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən yekun sülh müqaviləsinin bağlanmasına, tərəflər arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əməl edərək kommunikasiya xətlərinin açılmasına şərait yaratmağa çağırırıq”.

Kateqoriya üzrə digər xəbərlər

Sülhməramlılar ermənilərin avtomobillərində nə axtarır? – Əsgərlər açıqladı

Admin

200 ildə ilk dəfədir, ermənilərin ələ keçirdiyi torpaqları Ali Baş Komandan geri qaytarır

Admin

Mərmi yağışı altında yaşayan tərtərlilər – VİDEO

Admin

Ermənistan Rusiyaya torpaqlarını verdi

Admin

Azərbaycan Ordusu Türkiyədə təlimdə iştirak edəcək

Admin

Ermənilərdən yenicə geri aldığımız yüksəkliklər – VİDEO

Admin

Şərh yazın