Image default
İQTİSADİYYAT

Azərbaycanda vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edildi – RƏSMİ

18 saylı Birləşmiş şəhər xəstəxanasının vəzifəli şəxslərinin və qeyrilərinin qanunsuz əməlləri ilə əlaqədar vətəndaşlardan daxil olmuş müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Bununla bağlı Baş Prokurorluqdan məlumat verilib.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan xəstəxananın vəzifəli şəxsləri ilə tibb qeydiyyatçılarının qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif pul məbləğləri müqabilində ayrı-ayrı vətəndaşların guya COVID-19 pandemiyası əleyhinə vaksinasiya prosesində müayinədən keçərək peyvənd olunmaları barədə yalan məlumatları müvafiq informasiya portalına daxil etmələri və bununla əlaqədar digər zəruri saxta sənədləri tərtib etmələrinə əsaslı şübhələr yaranıb.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Kateqoriya üzrə digər xəbərlər

Fenq-şui qaydalarına əsasən VARLANMAĞIN SİRLƏRİ

Admin

2020-ci il üzrə güzəştli şərtlərlə verilən orta aylıq pensiya məbləği AÇIQLANDI

Admin

Teymur Rəcəbov 30 min dollar üçün mübarizəyə başlayır – FOTO

Admin

Publisist Şuhrat Salamov: “Özbəkistanın 34 milyonluq xalqı Azərbaycanı dəstəkləyir”

Admin

Kərim Sadıqzadə Təbrizi: “Təqaüdçülərin 85 faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır”

Admin

Azərbaycanda aprelin 1-dən BU XİDMƏTLƏR pulsuz olacaq

Admin

Şərh yazın