Image default
HADİSƏ / CİNAYƏT

Azərbaycanda vəzifəli şəxslə katibəsinin fırıldağı üzə çıxdı

Cəbrayıl Peşə Məktəbində yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Baş Prokurorluğa istinadən xəbər verir ki, aparılmış araşdırma ilə Mehman Quliyevin qeyd edilən məktəbin direktoru vəzifəsini icra etdiyi müddətdə katibə işləyən Jalə Quliyevanın əmək fəaliyyətini həyata keçirmədiyi halda adına olan əmək haqqı kartına 2019-cu il sentyabr ayından 2021-ci ilin mart ayına kimi köçürülən 6 min manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən sui-istifadə etməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (mənimsəmə-şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui‐istifadə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda cinayətin təfərrüatlarının araşdırılması və təqsirli şəxsin (şəxslərin) məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Kateqoriya üzrə digər xəbərlər

Azərbaycanda körpə uşağı ananın gözü önündə öldürdülər – Tanımadığı şəxs…

Admin

Diş həkiminin qəbulundan sonra üç yaşlı uşaq komaya düşdü və öldü

Admin

Tovuzda avtomobil qadını vuraraq öldürüb

Admin

Məcburi köçkünlərin məskunlaşdığı evlər külə döndü: Yeddi ailə küçədə qaldı – VİDEO

Admin

Bakıda ana və azyaşlı övladının öldüyü DƏHŞƏTLİ QƏZADAN GÖRÜNTÜLƏR

Admin

Müəllimin qətli ilə bağlı rəsmi açıqlama

Admin

Şərh yazın