Image default
AZƏRBAYCAN İQTİSADİYYAT

Azərbaycanda vəzifəli şəxs külli miqdarda cərimələndi – RƏSMİ

Polis orqanları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Mayın 26-da Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı H.Z.Tağıyev qəsəbəsi, Xəzri Bağları 2 massivi ərazisində məişət və digər qarışıq tullantıların qalaqlanması aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduğuna görə Sumqayıt Şəhəri İcra Hakimiyyəti başçısının 1 saylı sahə inzibati ərazi dairəsinin vəzifəli şəxsi V.Qəhrəmanov barəsində protokol tərtib edilərək 3000 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Kateqoriya üzrə digər xəbərlər

Təhsil naziri vəzifəsindən azad edildi – SƏRƏNCAM

Admin

Qüdrət Həsənquliyev: “Rusiya bizi düşmən gözündə görsəydi…”

Admin

Ermənistanın növbəti terrorunun azyaşlı qurbanı olan Aysunun məzarının görüntüləri – VİDEO

Admin

Prezident: “Onlar atəşkəs üçün yalvarmağa başladılar”

Admin

“Sinhua” agentliyinin İspaniya bölməsi Prezidentin mətbuat konfransı ilə bağlı məqalə dərc edib – FOTO

Admin

“Azəriqaz”: Sayğaclar əvəzlənərkən seçim abonentə buraxılacaq

Admin

Şərh yazın