Image default
İQTİSADİYYAT

Azərbaycanda ümumi inflyasiyaya əsasən ərzaq qiymətlərinin artması təsir edib – FOTO

2021-ci ilin iyun ayında 12 aylıq inflyasiya 4,7 faiz təşkil edib və Mərkəzi Bankın elan etdiyi hədəf çərçivəsində olub.

Bu barədə Mərkəzi Bankın yanvar-iyun aylarını əhatə edən “Pul Siyasəti İcmalı” ilə bağlı hesabatında məlumat verilib.

Bildirilib ki, ərzaq inflyasiyası ümumi inflyasiyanın formalaşmasında başlıca rol oynamaqda davam edib. Bununla belə, hesabat dövründə inflyasiyaya qeyri-ərzaq və xidmətlərin qiymət artımının təsiri çoxalıb. İyunda illik ərzaq inflyasiyası 5,3 faiz olub. Qeyri-ərzaq məhsulları və xidmətlər üzrə isə illik bahalaşma templəri müvafiq olaraq 4,6 faiz və 4 faiz təşkil edib.

İstehlak səbətinə daxil olan 520 adda mal və xidmətdən 245-nin və ya 47 faizinin qiyməti illik olaraq 0-4 faiz diapazonunda yüksəlib. O cümlədən bahalaşan məhsulların 18 faizində qiymət artımı 2 faizdən aşağı olub.

İyunda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində son 12 ayda 2 faizlik artım müşahidə olunub. İyunda qiymətlər heyvandarlıq məhsulları üzrə illik 2,6 faiz, bitkiçilik məhsulları üzrə isə 1,1 faiz artıb. Bununla yanaşı, meşə təsərrüfatı məhsulları üzrə istehsalçı qiymətləri 5,6 faiz azalıb, balıq və sair balıqçılıq məhsulları üzrə isə 4,2 faiz artıb.

İyunda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi illik 61,3 faiz artıb. Qiymət dəyişimi daha çox mədənçıxarma sənayesi (76,1 faiz artım) ilə bağlı olub. İstehsalçı qiymətlər indeksi neft-qaz sənayesi məhsulları üzrə 73,7 faiz, qeyri neft-qaz məhsulları üzrə isə 9,9 faiz artıb. Mədənçıxarma sənayesində qiymət yüksəlişi əsasən ötən ilin iyun ayı ilə müqayisədə dünya bazarlarında neftin qiymətinin kəskin artması ilə əlaqədardır.

Emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi illik 19,1 faiz artıb. Emal sənayesi üzrə ən çox bahalaşma kimya sənayesi (61 faiz), neft məhsullarının istehsalı (34 faiz) və metallurgiya məhsullarının istehsalı (16 faiz) üzrə müşahidə edilib.

2021-ci ilin iyun ayında nəqliyyat xidmətlərinin qiymətləri illik 8,3 faiz artıb. Nəqliyyatda yükdaşımaların qiyməti 3,9 faiz, sərnişindaşıma qiyməti isə 33,3 faiz artıb. Bununla yanaşı, poçt və kuryer xidmətlərinin qiyməti 1,9 faiz artıb. Rabitə xidmətlərinin qiyməti isə dəyişməyib.

Kateqoriya üzrə digər xəbərlər

Dövlət Vergi Xidmətində 2 yeni baş idarə yaradıldı

Admin

Azərbaycanda 95 mindən çox şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin olunub

Admin

Azərbaycanda bu bankın problemli krediti 88 faiz olub – RƏSMİ + VİDEO

Admin

Ötən ay xüsusi şərtlərlə əmək pensiyası alanların sayı AÇIQLANDI

Admin

Ölkədə hər 100 manatın 28 manatı nağdsız dövr edir – FOTO

Admin

Bakıda tanınmış modelyerə 40 min pul “atdılar” – DAMARLARINI DOĞRADI

Admin

Şərh yazın