Image default
SƏHİYYƏ

Azərbaycanda tanınmış vəkil koronavirusa yoluxdu – FOTO

Azərbaycanda tanınmış vəkil koronavirusa (COVID-19) yoluxub.

Bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov öz sosial şəbəkə hesabında paylaşıb.

O bildirib ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, Ədalət Vəkil Bürosunun rəhbəri, tanınmış vəkil Muxtar Mustafayev koronavirusa yoluxub:

“Bir müddətdir ki, vəkil COVID-19-a yoluxub. Hazırda dövlət tibb müəssisəsində stasionar şəraitdə müalicə alır. Bir neçə günlük fasilədən sonra özü ilə şəxsən təmasda oldum. Muxtar müəllimin səhhəti normaldır və ona göstərilən tibbi xidmətlərin səviyyəsindən tam razılığını bildirdi”.

“M.Mustafayevə şəfa diləyirəm, ən qısa zamanda sağalıb, normal həyat tərzini davam etdirməyini arzu edirəm”, – deyə A.Bağırov qeyd edib.

 

Kateqoriya üzrə digər xəbərlər

Azərbaycanda daha beş nəfər koronavirusdan öldü: 336 yeni yoluxma – RƏSMİ + VİDEO

Admin

Altı inkişaf etmiş ölkədə koronavirusa yoluxmanın su samuru ilə əlaqəsi aşkarlandı

Admin

Azərbaycanda daha 19 şagird koronavirusa yoluxdu – RƏSMİ

Admin

Sürprizlər ola bilər: “Yenidən qapanmaya gedə bilərik”

Admin

Psixoterapevtdən ŞOK: Azərbaycanda hər 100 qızdan 90-na cadu olunur – VİDEO

Admin

Azərbaycanda koronavirus və karantin rejimi ilə bağlı son vəziyyət açıqlanır – CANLI YAYIM

Admin

Şərh yazın