Image default
SƏHİYYƏ

Azərbaycanda sutkalıq yoluxma sayı iki mini ötdü – FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2102 yeni yoluxma faktı qeydə alınıb, 863 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 505 554 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 479 675 nəfər müalicə olunaraq sağalıb, 6 793 nəfər vəfat edib. 19 086 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 189, bu günə qədər isə ümumilikdə 5 044 744 test icra olunub.

Qeyd edək ki, dünənki statistikada sutkalıq yoluxma sayı 1 245, sağalanların sayı 409, ölənlərin sayı isə 13 nəfər idi.

 

Kateqoriya üzrə digər xəbərlər

Koronavirusun ağır formada keçməsinin sirri tapıldı

Admin

Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 101 yeni yoluxma faktı – RƏSMİ

Admin

Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma – FOTO

Admin

Azərbaycanda bir rayonda səkkiz müəllim koronavirusa yoluxdu – RƏSMİ

Admin

Meteohəssas insanlara XƏBƏRDARLIQ: Sabah…

Admin

Ramiz Əzizbəylinin səhhəti ilə bağlı son vəziyyət AÇIQLANDI

Admin

Şərh yazın