Image default
HADİSƏ / CİNAYƏT

Azərbaycanda şagirdin ölüm səbəbi açıqlandı – RƏSMİ

İsmayıllı Rayon Mərkəzi Xəstəxanası XI sinif şagirdi Xəyal Bağıyevin qəfildən vəfat etməsi ilə bağlı məsələyə münasibət bildirib.

Xəstəxanadan sorğusuna cavab olaraq bildirilib ki, avqustun 5-i, gecə saat 22:10 radələrində xəstə 2005-ci il təvəllüdlü Bağıyev Xəyal Vidadi oğlu üçün təcili tibbi yardım stansıyasından evə çağırış verilib:

“İlkin olaraq xəstədə temperaturum 40.1°C yüksəlməsi, halsızlıq, ürəkbulanma, qusma kimi şikayətlər olub. Təcili yardım briqadası gələnə qədər xəstəyə evdə özləri analgin, dimedrol, novokain qarışığı əzələ daxili iynə vurulub.

Təcili yardım stansiyasının feldşeri infuziya məhlulunu venaya qoşub və xəstəni Mərkəzi Xəstəxananın Təcili Yardım bölməsinə gətirib. Bölmədə xəstə müayinə olunub, ilkin yardım göstərilib”.

“Avqustun 6-ı, saat 01:00-da xəstənin vəziyyəti stabilləşib, yaxşılaşıb və xəstə evə buraxılmasını tələb edib. Evdə onun vəziyyəti təkrar pisləşib, şəxsi avtomobil ilə 04:15də təcili tibbi yardım bölməsinə gəlib. Gəldiyi zaman xəstənin vəziyyəti ağır olub.

Həkim briqadası – reanimatoloq, pediatr növbətçi həkim tərəfindən xəstəyə ilk yardım olunub, lakin aparılan müalicə tədbirlərinə baxmayaraq, xəstə saat 06:30-da vəfat edib”, – deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, ötən gün İsmayıllı şəhər 4 nömrəli tam orta məktəbin şagirdi Xəyal Bağıyevin vəfat etməsi barədə məlumat yayılıb.

Kateqoriya üzrə digər xəbərlər

Bakıda faciəvi hadisə – ÖLƏN VAR

Admin

Koronavirus xəbərləri yaşlı qadını ölümə sövq etdi

Admin

Türkiyədə sel can almaqda davam edir – FOTO

Admin

İnstitut direktoru və müavini nöqsanlara görə işdən azad edilib

Admin

Gənc müğənnilərlə bağlı sosial şəbəkələrdə təhqir yazanlar saxlanıldı

Admin

Kiyevdə azərbaycanlı kişini öldürdülər – VİDEO

Admin

Şərh yazın