Image default
SƏHİYYƏ

Azərbaycanda məktəbli atasına dərman almaq üçün pambıq toplayır – FOTO

Açıq ürək əməliyyatı keçirən Zərdab rayon Çallı kənd sakini vəziyyəti ilə bağlı dövlət qurumlarının biganə münasibətindən narazıdır.

Bu barədə  kənd sakini 1983-cü il təvəllüdlü İsayev Samir Tahir oğlu məlumat verib. O bildirib ki, ürəyində şiş (miksoma) var:

“Ötən il sentyabr ayının 7-də süni qan dövranı şəraitində aorta-koronar şuntlanma (açıq ürək əməliyyatı) və miksomanın ləğvi əməliyyatı keçirmişəm. Əməliyyatdan sonra vəziyyətimin həkim nəzarətində saxlanılması yazılıb. Vəziyyətimin ağırlaşması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət ünvanlamışam. Müraciətimə rədd cavabı gəlib. Mənim xəstəliyim, xəstəlik dövrüm hamısı xəstəlik kitabçamda qeyd edilib. Sonuncu dəfə 2 ay bundan öncə Kardiologiya İnstitutundan kağız al dedilər, müayinədən keçib kağız da aldım. Amma heç bir tədbir görülmədi. Qeyd edilib ki, vəziyyətimdə ağırlaşma var. Dərmanlarım bitib, bahalı dərmanlardır, ala bilmirəm”.

S.İsayev onu da qeyd edir ki, qızı İsayeva Nuriyyə 7-ci sinif şagirdidir və ona dərman almaq üçün pambıq yığır:

“Qızımın 13 yaşı var. Onun yaşıdları məktəbə gedir, gəlib dərslərini oxuyur. Mənim qızım isə çarəsizlikdən pambıq yığır ki, mənə dərman alsın. Ata kimi bu vəziyyətdə olmaq məni məhv edir. Xahiş edirəm mənim vəziyyətimlə kimsə maraqlansın, heç olmasa dərmanlarımın alınmasına köməklik edilsin”.

 

Kateqoriya üzrə digər xəbərlər

Ata ömrünü uzada biləcək 15 qızıl dəqiqəni oğluna hədiyyə etdi və öldü

Admin

35 yaşınız varsa, bunu etməyin!

Admin

Gürcüstandan təxliyə olunacaq Azərbaycan vətəndaşlarının COVID-19 testinin nəticələri açıqlandı

Admin

Azərbaycanda bu gün 130 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb, bir nəfər vəfat edib

Admin

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı: Çoxlu sayda ölən var – FOTO

Admin

Azərbaycanda daha 20 şagird və 6 işçi koronavirusa yoluxdu

Admin

Şərh yazın