Image default
HADİSƏ / CİNAYƏT

Azərbaycanda məktəbdəki 44 min manatlıq yeyinti ilə bağlı cinayət işi başladı

Yevlax şəhər İrəvanlı qəsəbə tam orta məktəbində yol verilmiş qanunsuzluqlarla bağlı Maliyyə Nazirliyindən daxil olmuş materiallar əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Yevlax Rayon Prokurorluğunda aparılan araşdırma ilə qeyd edilən məktəbin vəzifəli şəxsi (şəxsləri) tərəfindən 2016-2021-ci illər ərzində bir neçə şəxsin əmək fəaliyyətini həyata keçirmədiyi halda adlarına olan əməkhaqqı kartlarına köçürülən ümumilikdə 44 434 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən sui-istifadə etməklə mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (mənimsəmə-şəxs tərəfindən öz qulluq  mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda cinayətin təfərrüatlarının araşdırılması və təqsirli şəxsin (şəxslərin)  məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Kateqoriya üzrə digər xəbərlər

Gəncədə qohumlar arasında dava – ÖLƏN VAR (YENİLƏNDİ)

Admin

Bakının mərkəzi prospektində ağır yol-nəqliyyat hadisəsi olub: Yaralanan var – VİDEO

Admin

Azərbaycan bir milyon avroluq dələduzluqda təqsirləndirilən türkiyəli iş adamını axtarışa verdi – FOTO

Admin

İnstaqramda tanış olduğu 14 yaşlı qızla əlaqəyə girən oğlanın TALEYİ

Admin

“Yeni Klinika”nın direktoru və digər şəxslərin cinayət işi məhkəməyə göndərilib

Admin

Bakıda ağır qəza: “Toyota” yük maşınına çırpıldı – ANBAAN VİDEO

Admin

Şərh yazın