Image default
HÜQUQ

Azərbaycanda koronavirusdan vəfat edən hakimlərin SİYAHISI – FOTO

Son vaxtlar digər ölkələrdə olduğu kimi, Azəzbaycanda da koronavirusa yoluxma və ölüm halları artmaqdadır.

İndiyədək ölkəmizdə 436 257 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 377 287 nəfər müalicə olunaraq sağalıb, 5 760 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 53 210 nəfərdir.

Təhlükəli virusa yoluxan və bu səbəbdən həyatlarını itirənlər arasında məhkəmə hakimləri də var.

Koronavirusdan vəfat edən hakimlərlə bağlı məlumatları təqdim edirik:

Ötən ilin iyun ayında Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədov 55 yaşında koronavirusdan vəfat edib.

N.Məmmədov 2000-2007-ci illərdə Ağdam Rayon Məhkəməsinin, 2007- 2013-cü illərdə Şəki Apellyasiya Məhkəməsinin, 2013-2017-ci illərdə Şirvan Apellyasiya Məhkəməsinin hakimi olub. 2017-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində fəaliyyətini davam etdirib.

Bu ilin yanvar ayında Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi İnqilab Nəsirov 57 yaşında koronavirusdan həyatını itirib.

İnqilab Nəsirov 2003-2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi, 2004-2007-ci illərdə Azərbaycan Respublikası Apelyasiya Məhkəməsi sədrinin müavini, 2005-2007-ci illərdə Məhkəmə-Hüquq Şurasının üzvü, 2007-2010-ci illərdə isə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin sədri vəzifələrində çalışıb. 2011-ci ilin yanvar ayının 1-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi olub.

Cari ilin aprel ayında Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynov 62 yaşında koronavirusdan dünyasını dəyişib.

Rəşid Hüseynov uzun müddət prokurorluq orqanlarında çalışıb. O, 1986-1992-ci illərdə Ağdam rayon Hüquq Məsləhətxanasında vəkili, 1992-1996-ci illərdə Qarabağ Qarnizonu Hərbi Prokurorluğunda müstəntiq, böyük müstəntiq, 1996-1999-cu illərdə Respublika Hərbi Prokurorluğunun İstintaq idarəsində böyük müstəntiq, 1999-2008-ci illərdə isə Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin prokuroru, böyük prokuroru, böyük prokuror-metodist vəzifələrində işləyib. 2008-ci ildən isə hakimlik fəaliyyəti ilə məşğul olub.

2008-2011-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin hakimi, 2011-2013-cü illərdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi olub. R.Hüseynov 2013-cü ildən Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışıb.

2020-ci ilin dekabr ayında Şirvan Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Fuad Soltanov 48 yaşında koronavirusdan vəfat edib.

Kateqoriya üzrə digər xəbərlər

Ata Abdullayevin həbs müddəti uzadıldı

Admin

Vilyam Hacıyev məhkəmə qarşısına çıxarılır

Admin

Azərbaycanda iki məhkəmə sədri vəzifəsindən azad olunur

Admin

Tofiq Yaqubluya hökm oxundu

Admin

Erməni terrorçu birləşməsinin daha bir neçə üzvünün məhkəməsi keçirilir

Admin

Ötən il təltif olunan Baş Prokurorluq əməkdaşlarının sayı açıqlandı

Admin

Şərh yazın