Image default
DİNİ

Azərbaycanda ilk dəfə onlayn keçirilən Qədr gecəsindən FOTOREPORTAJ

Ötən gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsi olub.

Oxu.Az-ın əməkdaşı mayın 12-dən 13-nə keçən gecəyə təsadüf edən ilk Qədr gecəsində paytaxtın Suraxanı rayonu Günəşli qəsəbəsində yerləşən “Fatimeyi-Zəhra” məscidinə baş çəkib.

İslam dininə görə, “Quran” Ramazan gecələrinin birində yer üzünə nazil edilib. Hər il bu gecədə insanlar məscidlərə gedərək, səhərə qədər ibadət edir. Gecə gün batandan səhər sübh azanına qədər davam edən “əhya” (diriliş, dirçəliş) gecələrində axundlar fasilələrlə xütbə oxuyur.

İslam inanclarına görə, bu gecədə mələklər Allahın izni ilə yerə enər və hər kəs üçün təyin edilən müqəddərat onlara təqdim edilər.

Hər il keçirilən Qədr gecələrindən fərqli olaraq, koronavirus pandemiyası ilə əlaqədar bu il insanların məscidlərə toplaşmasına icazə verilməyib. Məscidlərin dini icmaları karantin rejimini nəzərə alaraq, səhərə qədər əhya saxlayan şəxslər üçün onlayn proqram hazırlayıb.

Xatırladaq ki, növbəti Qədr gecələri mayın 14-dən 15-nə, 16-dən 17-nə keçən gecələrə təsadüf edəcək.

Qədr gecəsindən olan görüntüləri təqdim edirik:

Kateqoriya üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanı Həcc ziyarətinin qaydalarını açıqladı

Admin

Ramazan ayının duaları

Admin

Bir ildən çoxdur bağlı qalan ibadət yerləri açıldı: Əjdərbəy məscidindən FOTOREPORTAJ

Admin

Bu gecə üçüncü Qədr gecəsidir

Admin

Azərbaycandan Həcc ziyarəti ilə bağlı Hacı Şahindən AÇIQLAMA – VİDEO

Admin

Türkiyə paytaxtında dəhşətli hadisə – ÖLƏNLƏR VƏ YARALANANLAR VAR

Admin

Şərh yazın