Image default
AZƏRBAYCAN TEXNOLOGİYA

Azərbaycanda ilk dəfə: Dənizdə mobil internet!

Bakcell” şirkəti Azərbaycanda ilk dəfə olaraq gəmilərdə və neft platformalarında mobil internet  təqdim edib. Bundan sonra şirkətin korporativ abunəçiləri mobil internetdən təkcə quruda yox, dənizdə də istifadə edə biləcəklər.

Ölkədə fəaliyyət göstərən ən iri neft şirkətlərindən biri ilə dənizdə mobil internet xidmətlərinin göstərilməsinə dair yeni imzalanmiş müqaviləyə əsasən, ilkin mərhələdə “Bakcell”in mobil internet xidməti 4 dəniz gəmisi və 1 neft platformasında istifadəyə verilib.

“Biz çalışırıq ki, abunəçilərimiz Azərbaycanın ən üstün mobil şəbəkəsi ilə yanaşı ən keyfiyyətli müştəri təcrübəsindən yararlana bilsinlər. Bu layihə sayəsində gəmidə və neft platformalarında çalışan və dənizdə uzun müddət vaxt keçirən insanlar öz ailə üzvləri və yaxınları ilə daim ünsiyyətdə qalacaqlar. Korporativ və fərdi abunəçilərimizi bazarda ən üstün müştəri təcrübəsi ilə təmin etmək üçün “Bakcell” öz şəbəkəsini və xidmət keyfiyyətini təkmilləşdirməyə davam edəcək. Məqsədimiz xidmətlərimizdən istifadə edən hər kəsin mobil telekommunikasiya xidmətlərinə dair ehtiyac və tələblərinin tam şəkildə ödəməkdir”,- deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Rainer Rathgeber bildirib.

Dənizdə mobil internet xidmətinin göstərilməsi Azərbaycan üçün bir yenilikdir. Bu yenilik sayəsində gəmi və neft platformalarının personalı saniyədə 10 meqabitə qədər sürəti olan limitsiz və yüksək keyfiyyətli mobil internetdən yararlanırlar.

Qeyd edək ki, oxşar layihələr indiyə kimi Meksika, Rusiya və Kanada daxil olmaqla çox az ölkədə həyata keçirilib.

Dünyaca məşhur OOKLA şirkəti üç dəfə ardıcıl olaraq “Bakcell” şəbəkəsini Azərbaycanın ən sürətli mobil şəbəkəsi adlandırıb.

***

“Bakcell” haqqında:

Azərbaycanın İlk Mobil Operatoru “Bakcell” şirkəti müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir.

“Bakcell” və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Kateqoriya üzrə digər xəbərlər

Deputat: “Fransa Türkiyənin qələbələrini həzm edə bilmir”

Admin

İlham Əliyev onu NAZİR TƏYİN ETDİ – SƏRƏNCAM

Admin

DİM sosial şəbəkə istifadəçilərinə müraciət etdi

Admin

Azərbaycan və Türkiyə arasında hərbi-siyasi əməkdaşlıq üçüncü dövlətlərə qarşı yönəlməyib – Bəyannamə

Admin

Ermənistan Makronun İslamla bağlı kursunu dəstəklədi

Admin

İlham Əliyev ABŞ prezidentinin müşaviri ilə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə etdi

Admin

Şərh yazın