Image default
HƏRBİ

Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayır

Bu gündən Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayır.

Sərəncama uyğun olaraq, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986-2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Eyni zamanda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2021-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Artıq müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar iyunun 25-30 tarixlərində Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı SHXÇDX tərəfindən SMS vasitəsilə məlumatlandırılıblar.

Kateqoriya üzrə digər xəbərlər

Xidmət rəisindən səfərbərliklə bağlı AÇIQLAMA: “On minlərə vətəndaş döyüşlərdə iştirak etmək istəyir”

Admin

Müdafiə Nazirliyi sərhəddəki gərginliklə bağlı məlumat yaydı

Admin

Ermənistan Tərtər, Ağdam və Ağcabədi rayonlarının kəndlərini atəşə tutub – RƏSMİ

Admin

Naxçıvanda mühəndis ixtisaslı manqa komandirləri ilə təlim-metodiki toplantı keçirilib – VİDEO

Admin

Azərbaycanın bəzi ərazilərinə giriş-çıxış məhdudlaşdırıldı – DİN-dən AÇIQLAMA

Admin

Ermənistanda hərbidən yayınmağın “unikal” üsulu: Saxta koronavirus arayışı alırlar – FOTO

Admin

Şərh yazın