Image default
SƏHİYYƏ

Azərbaycanda daha bir neçə xəstəxana birləşdirildi

Azərbaycanda bir sıra tibb müəssisələri birləşdirilib.

Bəzi tibb müəssisələrinin birləşdirilməsi və xəstəxanaların iş prinsipinin yenidən təşkil edilməsi prosesi davam etdirilir.

Belə ki, “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxs “21 nömrəli Birləşmiş Şəhər Xəstəxanası” Publik Hüquqi Şəxs, “31 nömrəli Birləşmiş Şəhər Xəstəxanası” Publik Hüquqi Şəxs, “Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası” Publik Hüquqi Şəxs, Yazıçılar poliklinikası, habelə 9 nömrəli Birləşmiş Şəhər Xəstəxanası hüquqi şəxslərin ona qoşulması ilə yenidən təşkil edilib.

Xatırladaq ki, daha əvvəl Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Xüsusiləşdirilmiş Angioloji Mərkəzin ona qoşulması ilə yenidən təşkil olunub. Eyni zamanda K.Y.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutu Uşaq Nevroloji Xəstəxanası və 6 nömrəli Uşaq Klinik Xəstəxanasının ona qoşulması ilə yenidən təşkil edilib.

Qeyd edək ki, Azərbaycanda bir çox tibb müəssisəsinin birləşdirilməsi ilə bağlı da məlumat yayılmışdı.

Kateqoriya üzrə digər xəbərlər

Əkrəm İmamoğlu koronavirusa yoluxdu

Admin

İtaliya klubunda koronavirusa kütləvi yoluxma halı qeydə alınıb

Admin

50 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanıldı – VİDEO

Admin

Azərbaycanda koronavirusa yoluxan hamilə qadın öldü: Körpəsi xilas edilsə də…

Admin

Azərbaycanda son sutkada 13 nəfər koronavirusdan ölüb – FOTO

Admin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı: Onlarla ölən var – FOTO

Admin

Şərh yazın