Image default
AZƏRBAYCAN

Azərbaycanda daha 13 dövlət əmlakı satışa çıxarılır

Fevralın 2-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti növbəti dəfə hərrac keçirəcək.

Nazirlikdən  verilən məlumata görə, hərraca 13 dövlət əmlakı (nəqliyyat vasitəsi) çıxarılacaq.

Özəlləşdirməyə çıxarılan əmlakların tam siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/2Xejx3T)

Hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərin seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb. Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə də bilərlər.

Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və yaxud Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i qədər beh ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə qoşula bilər.

Kateqoriya üzrə digər xəbərlər

Nazirdən yeni rəis təyinatı – FOTO

Admin

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Admin

Azərbaycan Dünya Bankının kreditindən imtina etdi – RƏSMİ

Admin

Azərbaycandan Monqolustana qadağa qoyuldu

Admin

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanın xeyirinə Ermənistanı rədd etdi

Admin

Qarabağ probleminin həlli bununla nəticələnəcək… – Deputat AÇIQLADI

Admin

Şərh yazın