Image default
HADİSƏ / CİNAYƏT

Azərbaycanda dəhşət: Ana və sevgilisi beş yaşlı uşağın dilini qopardı – FOTO

Azərbaycanda beş yaşlı uşaq anası və sevgilisi tərəfindən zorakılığa məruz qalıb.

Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.

K.Ağazadə bildirib ki, bir neçə gün əvvəl anası tərəfindən beş yaşlı uşaq nənəsinin əvvəllər çalışdığı kafeyə atılıb:

“İşçilər nənəyə zəng vurub dedi ki, uşaq ölür… Azyaşlı xəstəxanaya yerləşdirildi. Hazırda vəziyyəti orta-ağır qiymətləndirilir. Dünən xəstəxanada olduq, çəkilişimizi də Daxili İşlər Nazirliyinə göndərmişik. Təhqiqat gedir. Bu gün nənə ilə də görüşdüm.

Nənə uşağa bunu edənin qızı Səadət ilə onun sevgilisi Kamran adlı şəxs olduğunu iddia edir. Uşağın bədənində siqaret izləri, qançırlar, dilinin qoparılması, toxumaların çürüməsi ona edilən ağır işğəncələrdən xəbər verir. Uşaq da bildirir ki, onu Kamran döyüb. “Dilimi də o dişlədi… Anam da oradaydı…”.

“Nənənin dediyinə görə, Kamran tərəfindən daha öncə də uşağa qarşı zorakılıq olub. Sonra o, üzr istəyib və şikayət geri götürülüb. Nənə iddia edir ki, Səadət və Kamran narkotik istifadəçisidir…“patı”… Gerisini aidiyyəti qurumlara buraxıram”, – deyə K.Ağazadə əlavə edib.

 

Kateqoriya üzrə digər xəbərlər

29 yaşlı Ağstafa sakini özünə xəsarət yetirib

Admin

Kürdə batan Vətən müharibəsi iştirakçısının meyiti tapıldı

Admin

Azərbaycanda daha bir tələbə qəfil öldü – FOTO

Admin

Məhkumlar üçün nəzərdə tutulan elektron qolbaqla təchiz edilən şəxs narkotik satmağa davam edib – FOTO/VİDEO

Admin

Samuxda ağır qəza: Avtomobil kombaynla toqquşdu, iki nəfər öldü – FOTO

Admin

Dördüncü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı – ANBAAN VİDEO

Admin

Şərh yazın