Image default
HADİSƏ / CİNAYƏT

Azərbaycanda 14 yaşlı məktəblini döyə-döyə öldürən şəxsin kimliyi açıqlandı

Baş Prokurorluq Ağsuda yeniyetmənin qətlə yetirilməsi ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən  bildirilib ki, iyunun 20-də rayon sakini Nihad Məmişovun daha əvvəl almış olduğu xəsarətlər nəticəsində xəstəxanada ölməsi barədə məlumat daxil olub.
Bununla əlaqədar, Nihad Məmişovun ağır dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Ağsu rayon polis şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə başlanmış cinayət işi üzrə əməl həmin Məcəllənin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.
İstintaqla müəyyən edilmişdir ki, iyunun 15-də 2005-ci il təvəllüdlü Cabir Müseyibov aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Nihad Məmişovu yumruqları ilə sifət və bədən nahiyəsindən vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Həmin xəsarətlər nəticəsində N.Məmişov stasionar müalicədə olduğu Bakı şəhər Neyrocərrahiyə xəstəxanasında ölüb.
Cabir Müseyibov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.

Kateqoriya üzrə digər xəbərlər

Oğuzda 17 yaşlı qız intihar etdi

Admin

Qaydaları pozan kafe icarədarı həbs edildi

Admin

Sabirabad sakinindən odlu silah götürüldü

Admin

Berlində iğtişaşlar, polis dinc əhaliyə divan tutur – VİDEO

Admin

Siyəzəndə yük avtomobili yandı

Admin

Sumqayıtda yataqxanada yanğın olub

Admin

Şərh yazın