Image default
TEXNOLOGİYA

Azərbaycanda ən çox hansı sosial şəbəkələrə maraq olub? – STATİSTİKA

2021-ci ilin fevral ayı ərzində Azərbaycanda ən çox giriş edilən sosial media platformaları açıqlanıb.

“Global Stats”dan əldə etdiyi məlumata əsasən, ölkəmizdə fevral ayında “Instagram” istifadəçiləri aktivlik təşkil edib.

Müvafiq dövrdə “Instagram” istifadəçilərinin sayı 22,78 faiz təşkil edib. “Instagram” bazar payına görə yanvar ayında üçüncü sosial media platforması ikən, fevral ayında birinci yerdə qərar tutub.

Ötən ay bazar payı ən yüksək olan ikinci sosial media platforma isə 22,22 faiz göstərici ilə “Twitter” olub. Halbuki, yanvar ayında o, ən çox müraciət edilən birinci sosial media platforması idi.

Fevral ayında ən çox bazar payına malik üçüncü platforma 20,23 faizlik istifadəçi sayı ilə “YouTube” olub. Yanvar ayında o, bazar payına görə dördüncü ən çox giriş edilən media platforması idi.

Ölkədə “Facebook” istifadəçilərinin sayı isə fevral ayında bir qədər də azalaraq 18,57 faiz olub. Yanvar ayında istifadəçi aktivliyinə görə ikinci yerdə olan “Facebook” fevral ayında dördüncü yerdə qərar tutub.

“Pinterest” istifadəçilərinin sayı isə ölkəmizdə kəskin azalıb. Fevral ayında onun istifadəçi aktivliyi 14,69 faizi təşkil edib.

Kateqoriya üzrə digər xəbərlər

İnstaqramda görüntüləri yayılan cinsi azlıq nümayəndəsi həbs edildi

Admin

Votsapdan istifadə dayanacaq? – QƏRAR

Admin

Qaz sayğaclarının uzaqdan oxunmasına start verilib – FOTO/VİDEO

Admin

Dünyanın ilk antibakterial smartfonu hazırlandı

Admin

“Twitter” tərcümə üçün yeni xidmətə müraciət edib

Admin

Budur, bu ayın sonunadək MIUI 12-ni yeniləyəcək qurğular

Admin

Şərh yazın