Image default
TEXNOLOGİYA

Azərbaycanda əlverişli rouminqin tətbiqində milli tənzimləyici orqanın müstəqilliyi çox əhəmiyyətlidir

Önümüzdəki illərdə digər Şərq Tərəfdaşlığı ölkələrinə səfər edən Azərbaycan vətəndaşları Regional Rouminq Razılaşması çərçivəsində rouminq qiymətlərinin tədricən azalmasından yararlana biləcəklər. Layihə EU4Digital Təşəbbüsü tərəfindən dəstəklənir. 2021-ci ilin payızında imzalanması gözlənilən bu razılaşma sadəcə başlanğıcdır və onun uğurlu olması üçün razılaşmanı imzalayan ölkələrin gələcək illərdə görəcəyi işlər vacib əhəmiyyət daşıyır.

Sözügedən razılaşma Azərbaycan daxil olmaqla altı Şərq Tərəfdaşlığı ölkəsində rouminq qiymətlərinin yaxın gələcəkdə tədricən azalmasını nəzərdə tutur. Razılaşmaya əsasən, 2026-cı ilin sonuna kimi Şərq Tərəfdaşlığı ölkələrində rouminq qiymətlərinin 87 faizə qədər ucuzlaşması gözlənilir.

2021-ci il ərzində razılaşmanı imzalayacaq ölkələr rouminq tariflərinin ucuzlaşması üçün qanunvericilikdə lazımi dəyişikliklər qəbul etməlidirlər. Növbəti ilin əvvəlindən etibarən qüvvəyə minəcək bu razılaşma Azərbaycan vətəndaşlarının mobil rouminq xidmətlərinə görə daha az pul ödəməsinə imkan verəcək.

Tənzimləyicinin müstəqilliyi əsas amil olaraq

Bu razılaşmanın tam şəkildə həyata keçirilməsi üçün sözügedən ölkələrin qarşıda çoxlu sayda vəzifəsi var. EU4Digital Proqramının Telekommunikasiya qaydaları üzrə rəhbəri Andreys Dombrovoskisin sözlərinə görə, müstəqil milli tənzimləyici orqanın yaradılması daxil olmaqla lazımi qaydada təşkil edilmiş qanunvericilik sistemi, provayderlər arasında azad və ədalətli rəqabəti təmin etməklə yanaşı, xidmət istifadəçilərinin səlahiyyətləndirilməsi və qorunması üçün həyati vacib əhəmiyyət daşıyır.

Hazırda Azərbaycanda konkret müstəqil tənzimləyici orqan yoxdur və tənzimləmə ilə bağlı vəzifələri dövlət orqanı yerinə yetirir.

“Tənzimləyici orqan bazardan asılı olmamalı və öz fəaliyyətinin qanunvericilərdən asılı olmadan həyata keçirməlidir. Bu, qanunla zəmanət verilən qərəzsiz qərar qəbuletmə prosesinin təmin edilməsində vacib element hesab olunur”.

Dombrovoskis bildirir ki, müstəqil milli tənzimləyici orqanın fəaliyyətləri, bazar iştirakçıları tərəfindən xidmətlərin göstərilməsinə dair gələcək perspektivləri və xidmət istifadəçilərinin maraqlarını tarazlaşdıracaq. Tənzimləyici orqanlar bazar və istehlakçı hüquqları pozulduqda qərəzsiz müdaxilə etmək hüququna malik olmalıdırlar.

“Milli tənzimləyici orqan Regional Rouminq Razılaşmasına daxil edilmiş öhdəliklərlə bağlı qərarların qəbul edilməsinə cavabdeh olacaq. Məhz bu səbəbdən həmin qurumlar istehlakçıların bu razılaşmanın faydalarından yararlanmasında mühüm rol oynayırlar”.

Dombrovskis həmçinin qeyd edir ki, qanunvericilər və qanunverici orqanlar tənzimləyici orqanın kifayət qədər səlahiyyət sahibi olmasını təmin edərək bu proses üzərində olduqca böyük təsir gücünə malik olacaqlar. EU4Digital Proqramının mütəxəssisi əmindir ki, Regional Rouminq Razılaşmasının həyata keçirilməsi üçün milli qanunvericiliyə dəyişikliklər tələb olunursa, həmin dəyişikliklərin edilməsi zəruridir.

Milli orqanlar necə müstəqil ola bilər?

Şərq Tərəfdaşlığı Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsinin (EaPeReg) Müstəqil Tənzimləyicilər və Genişzolaqlı Rabitə üzrə Mütəxəssis Qrupunun (IRB EWG) rəhbəri İnqa Popoviçi deyir ki, müvafiq dövlət idarəsi tənzimləyici orqanın vəzifələrini yaxşı yerinə yetirə bilər, ancaq “müstəqil milli tənzimləyici orqanın (NRA) yaradılması Azərbaycan üçün milli prioritet hesab olunur”.

Aİ-nin qabaqcıl təcrübəsinə əsasən, müstəqil milli tənzimləyici orqan daima rəqabət mühiti və yekun istifadəçilərin hüquqlarının lazımi dərəcədə qorunmasını təmin edən proqnozlaşdırıla bilən normativ-hüquqi aktların əsas hərəkətverici qüvvəsidir.

“Milli tənzimləyici orqanın (NRA) müstəqilliyi, Aİ-nin telekommunikasiyaya dair qanunvericilik bazasının əsas prinsiplərindən biridir. Telekommunikasiya (rəqəmsal) bazarlarında rəqabəti təşviq edən mühüm amil olan bu tənzimləyici orqan yekun istifadəçilərə daha münasib qiymətlərlə seçim imkanı verir. Bundan əlavə, bu qurum bazarları idarə edərək şəffaf qərarlar qəbul edərək yekun istehlakçını qoruyur və səlahiyyətləndirir”, – deyə Popoviçi əlavə edib.

EU4Digital Proqramının müvafiq qrupu, milli tənzimləyici orqanların və elektron rabitə bazarlarının düzgün fəaliyyəti üçün atılacaq addımlar barədə Şərq Tərəfdaşlığı ölkələrinə gündəlik praktik dəstək və məsləhətlər verir.

“IRB EWG-dəki azərbaycanlı həmkarlarımız, EU4Digital Proqramı çərçivəsində həyata keçirilən boşluqların qiymətləndirilməsində fəal iştirak edərək bir çox dəyərli praktiki bacarıqlar əldə ediblər. Onlar bu təhlil əsnasında istehlakçıların marağının və faydalarının prioritet olduğunu açıq-aydın ifadə ediblər. Beləliklə, Azərbaycanda müstəqil milli tənzimləyici orqan təsis edildikdən sonra bazara və xüsusilə istehlakçılara çoxlu sayda fayda gətirəcək uğurlu bir qurum olacağına əminəm”.

Şərq tərəfdaşlığı ölkələrindən hansı Azərbaycan üçün nümunə ola bilər?

Andrey Dombrovoskisin fikrincə, Şərq tərəfdaşlığı ölkələrindəki vəziyyət hələ eyni deyil və uyğunlaşdırılmamışdır.

“Altı ölkədən dördündə milli tənzimləyici orqanlar var, iki ölkənin isə milli tənzimləyici orqan yaratmaq niyyəti var, eyni zamanda müstəqil olmamasına baxmayaraq, müəyyən funksiyalar müvafiq nazirliklər tərəfindən həyata keçirilir. Bütün ölkələr tənzimləyici orqanların müstəqilliyinin təmin edilməsinin vacibliyini yaxşı dərk edirlər”.

Azərbaycan üçün uyğun nümunələrə toxunan İnqa Popoviçi Gürcüstanın tənzimləyici orqanını (ComCom) nümunə göstərir.

“Tənzimləyicinin institusional və maliyyə cəhətdən müstəqilliyi Gürcüstan Konstitusiyasında təsbit edilmişdir. Bundan əlavə, Gürcüstanın tənzimləyici orqanına milli qanunvericiliyə uyğun olaraq geniş səlahiyyətlər verilir və bu da onun tənzimləmələrini səmərəli edir”, – deyə Popoviçi bildirir.

Almaniyanın Elektrik, Qaz, Telekommunikasiya, Poçt və Dəmir Yolları Federal Şəbəkə Agentliyi olan BnetzA-nın beynəlxalq əlaqələr/poçt tənzimləmə şöbəsinin direktoru Anneqret Gröbel, öz ölkəsində qanunvericilik bazasının həyata keçirilməsində milli tənzimləyici orqanların müstəqilliyinin nə qədər vacib olduğunu izah edir.

“Vəzifə səlahiyyətlərini yerinə yetirmək üçün milli tənzimləyici orqanlar ən yüksək səviyyədə tənzimləyici qərarlar qəbul etmək üçün lazımi səlahiyyət və səriştəyə, həmçinin maliyyə və insan resurslarına sahib olmalıdırlar. Nəhayət, iqtisadi tənzimləyicilərə qanunvericilikdə nəzərdə tutulmuş hədəflərə çatan ən uyğun və mütənasib tənzimləmə tədbirlərini seçmək səlahiyyətləri verilməlidir”.

Alman tənzimləyici orqanının nümayəndəsi əmindir ki, bu cür dövlət orqanlarının müstəqilliyi iştirakçılara bərabər şərait yaratmağa və liberallaşdırılmış bazarların təqdim etdiyi fürsətlərdən istifadə etmək üçün real şans əldə etməyə imkan verir.

EU4Digital Proqramı Aİ-nin standart və təcrübələrinə uyğun olaraq rəqəmsal iqtisadiyyatın və cəmiyyətin əsas sahələrini təşviq edir. Bu proqram, Action Global Communications and CEPS ilə birlikdə EY-nin idarə etdiyi konsorsium tərəfindən həyata keçirilir.
EU4Digital Proqramının telekommunikasiya sahəsində məqsədi beynəlxalq rouminqlə əlaqəli fəaliyyətlər və altı tərəfdaş ölkə arasında vahid beynəlxalq rouminq məkanına dair potensial razılaşma kimi mövzuları dəstəkləməkdir. Eyni zamanda, bu proqram elektron rabitə vasitələri üzrə milli tənzimləyici orqanların müstəqilliyinin gücləndirilməsinə kömək edir və mobil xidmətlərin mövcudluğunun və keyfiyyətinin artırılması üçün mövcud radiotezlik spektr ehtiyatlarından istifadəni dəstəkləyir.
Regional Rouminq Razılaşması (RRA), altı Şərqi tərəfdaşlıq ölkəsi arasında qanunvericilik bazasının uyğunlaşdırılmasını və rouminq qiymətlərində əhəmiyyətli endirimlər təmin edəcək. Bununla da, rabitə şəbəkələri rouminq müştərilərinə regiondakı daha sərfəli rouminq xidmətlərindən istifadə etməyə imkan verəcək. EU4Digital proqramının rouminqə dair tədqiqatının (2019) nəticələrinə əsasən qiymətin orta hesabla 80 faizdən artıq ucuzlaşması gözlənilir.

Kateqoriya üzrə digər xəbərlər

Xaçmazda dəhşətli qətl: Qayınata və qayınanasını yatdığı yerdə öldürdü, arvadını yaraladı – YENİLƏNİB

Admin

“Samsung Galaxy Z Fold 2”: Gələcək bildiyinizdən daha yaxındır

Admin

“Telegram” yazışmanın başqası tərəfindən necə oxuna biləcəyini açıqlandı

Admin

Müdafiə Nazirliyi cəbhə xəbərləri üçün yeni kanal açdı

Admin

Ölkədə mobil vasitələrin və ya masaüstü kompüterlərin bazar payı məlum olub

Admin

“Android”in yeni versiyasında elan edilməyən gizli rejim aşkarlanıb

Admin

Şərh yazın