Image default
AZƏRBAYCAN DÜNYA

Azərbaycan Yəhudi icmaları: “Şuşa Bəyannaməsi bölgədə uzunmüddətli sülh üçün mühümdür”

Azərbaycan Yəhudi icmaları Şuşa Bəyannaməsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir:

“Biz – Azərbaycan yəhudiləri, əsrlər boyu bu ölkədə sülh, əmin-amanlıq, rifah şəraitində yaşamış və Azərbaycanı öz doğma vətənimiz hesab edirik. Bunun bariz nümunəsi bizim övladlarımızın 44 günlük Vətən müharibəsində, o cümlədən əziz Şuşa şəhərinin azad olunmasında yaxından iştirak etməklə öz vətənləri qarşısında oğulluq borclarını yerinə yetiriblər.

Azərbaycan və Türkiyə arasında imzalanmış müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi böyük tarixi önəm kəsb edir və iki dost və qardaş ölkə arasındakı münasibətləri strateji cəhətdən ən yüksək zirvəyə çatdırır.

Şuşa Bəyannaməsi Cənubi Qafqaz bölgəsində uzunmüddətli sülh və sabitliyin bərqərar olması baxımından mühüm tarixi və strateji əhəmiyyətə malikdir və tərəfimizdən dəstəklənir. Eyni zamanda, Cənubi Qafqaz bölgəsində iqtisadi əlaqələrə və ümumilikdə daha geniş miqyasda iqtisadi inteqrasiyaya böyük töhfə verəcək Zəngəzur dəhlizinin açılmasını alqışlayırıq. Biz – Azərbaycan yəhudiləri Azərbaycanın əzəli mədəniyyət mərkəzlərindən olan Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsinin tarixi-siyasi əhəmiyyətini bir daha vurğulayır və bu müttəfiqlikdə Azərbaycan dövlətinin yanında olduğumuzu bəyan edirik.

Milix Yevdayev – Dağ Yəhudiləri Bakı Dini icmasının sədri
Aleksandr Şarovski – Avropa Yəhudiləri Bakı Dini icmasının sədri
Zamir İsayev – Gürcü Yəhudiləri Bakı Dini icmasının sədri”.

Kateqoriya üzrə digər xəbərlər

Xəyanət üstündə tutulacağından qorxan məşhur müğənni balkondan qaçanda yıxılıb öldü – FOTO

Admin

Yoxa çıxan erməni millətçi-aktivistinin sədası Bakıdan gəlir! – ŞOK HADİSƏ/FOTO

Admin

Arvadını hədələdikdən sonra qumbaranı partlatdı – VİDEO

Admin

Leyla Əliyeva dünyaya MÜRACİƏT ETDİ – FOTO

Admin

Düşmən yenidən təxribata əl atdı: Bankdan depozitin dərhal geri çəkilməsinə dair mesajlar göndərilir

Admin

Sərhəd təxribatının hədəfi ortaya çıxdı: İrəvan KTMT-yə 4-cü maddə üzrə müraciət edəcək (VİDEO)

Admin

Şərh yazın