Image default
AZƏRBAYCAN HƏRBİ

Azərbaycan XİN: “Ermənistan tərəfindən bir müddətdir qəsdən gərginliyin artırılması siyasəti həyata keçirilir”

Ermənistan tərəfindən bir müddətdir ki, iki ölkənin sərhədyanı ərazilərində qəsdən gərginliyin artırılması siyasəti həyata keçirilir.

Bu barədə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun Azərbaycan ərazisinə keçməsi və ərazini minalama və digər diversiya cəhdləri terror-təxribat əməli kimi qiymətləndirilir.

Azərbaycan Ermənistanın illər ərzində basdırdığı minalardan əziyyət çəkdiyi halda, Ermənistanın diversant qrupu tərəfindən Azərbaycan ərazisində həyata keçirilən diversiya və keçid yollarını növbəti minalama cəhdləri Azərbaycan hərbçilərinin və gələcəkdə mülki insanların həyatı üçün ciddi təhlükə ola bilərdi.

Azərbaycan Ermənistan-Azərbaycan dövlət sərhədində gərginliyin danışıqlar yolu ilə aradan qaldırılmasının tərəfdarıdır və iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədar beynəlxalq ictimaiyyətin çağırışlarını dəstəkləyir.

Azərbaycanın sərhədlərinin pozulmasına yönəlik cəhdlər yolverilməzdir. Ermənistan iki ölkənin sərhədində gərginliyin artırılmasına yönəlmiş əməllərdən çəkinməli və qonşu dövlətin sərhədlərinə hörmətlə yanaşmalıdır.

Kateqoriya üzrə digər xəbərlər

Paşinyanın evinə girən azərbaycanlı – VİDEO

Admin

Eldar Əzizov vəzifəli şəxslərə xəbərdarlıq etdi – FOTO

Admin

Türkiyənin vitse-prezidenti: “Ermənistan xəyal qurmasın, ona baha başa gələr”

Admin

Düşmən Gədəbəy və Tovuz rayonlarını atəşə tutub

Admin

Rusiyada atəş səsləri: “Su-30” vuruldu

Admin

Vüqar Səfərlinin həbs müddəti uzadıldı

Admin

Şərh yazın