Image default
AZƏRBAYCAN DÜNYA

Azərbaycan və Rusiya arasında Xəzərlə bağlı məsləhətləşmələr keçirildi

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib.

Bu barədə  Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Məsləhətləşmələrdə Azərbaycan tərəfini Xarici İşlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, Rusiya tərəfini isə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Rusiya Federasiyası Prezidentinin MDB üzv dövlətləri ilə Rusiya Federasiyasının dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi Mixail Petrakov təmsil edib.

Görüşdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın implementasiyası ilə bağlı məsələlər, dövlət başçıları səviyyəsində növbəti Xəzər Zirvə Toplantısına hazırlıqla əlaqədar tədbirlər müzakirə edilib, eləcə də Xəzəryanı dövlətlər arasında hazırda razılaşdırma mərhələsində olan sahəvi əməkdaşlıq məsələləri ilə bağlı saziş layihələri danışıqların mövzusu olub.

Görüşdə, həmçinin Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun növbəti iclasının keçirilməsi və gündəliyinə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Kateqoriya üzrə digər xəbərlər

İlham Əliyevdən Ermənistanla sərhəddəki gərginliyə REAKSİYA

Admin

Hulusi Akar Azərbaycandan nümayəndənin iştirakı ilə konfrans keçirdi – FOTO

Admin

Kamran Əliyev hakim təyin olunan sabiq prokurorluq əməkdaşları ilə görüşüb

Admin

Şaxta baba qocalar evinə ziyarətə getdi, 18 nəfər öldü

Admin

29 min nəfərə ŞAD XƏBƏR – Prezident 8 milyon manat pul ayırdı

Admin

Sumqayıt Polis İdarəsinin rəis müavini işdən çıxarıldı

Admin

Şərh yazın