Image default
HƏRBİ

Azərbaycan Silahlı Qüvvələrinin cavabı çox ağır olacaq

Polkovnik bildirib ki, Azərbaycan dövlətinin marağında yalnız bir məsələ var:

“Nəzərə alaq ki, bu gün artıq biz öz sərhədlərimizdəyik və məhz bu ərazilərdə bizim Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları dayanırlar. Ermənilərin bu addımı Azərbaycanın dövlət sərhədlərini pozmaq deməkdir. Buna görə də sərt bir şəkildə layiqli cavablarını almalıdırlar. Təbii ki, burada müxtəlif bəhanələr olacaq, Ermənistan daxilində siyasi gərginlik, fikir ayrılığı, diqqət yayındırma, insanların nəzər, diqqətlərini fərqli və başqa istiqamətlərə yönləndirmə məqsədləri ola bilər. Amma bütün bu hallar Azərbaycan dövlətinin marağında deyil. Azərbaycan dövlətinin marağında yalnız bir məsələ var – Dövlət sərhədlərini, ərazi bütövlüyünü qorumaq və atılmış hər bir addıma qarşı sərt bir şəkildə cavab vermək. Bu gün yaranmış bu vəziyyətdə bizim DSX hərbi qulluqçuları, Azərbaycan Silahlı Qüvvələri və bütün aidiyyatı qurumlar bu istiqamətdə gərəkli addımları atmalıdır və düşünürəm ki, atılacaq da. Və bununla bağlı tədbirlər də görülüb”.

Xatırladaq ki, mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub.

Eyni zamanda Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb.

Cavab atəşi açılmayıb. İtki yoxdur.

Kateqoriya üzrə digər xəbərlər

Cəbhə bölgəsində fəaliyyət göstərən vergi ödəyicilərinə tətbiq edilən maliyyə sanksiyaları ləğv edilib – FOTO

Admin

Rusiya sülhməramlılarının mənfi və müsbət tərəfləri nədir? – VİDEO

Admin

Rusiya MN-dən SON DƏQİQƏ Qarabağ açıqlaması: indiyədək 47 min 653 nəfər erməni…

Admin

Hərbçi balta ilə ətrafdakılara hücum edib üç nəfəri qətlə yetirdi

Admin

Cəbhədəki son vəziyyət açıqlanır – CANLI YAYIM

Admin

Düşmən Tərtəri yenə atəşə tutub – VİDEO

Admin

Şərh yazın