Image default
SƏHİYYƏ

Azərbaycan ötən ay xaricə daha az çay satıb

2021-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycandan xaricə 389,5 ton çay ixrac edilib.

Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ümumi idxal həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 21 faiz azalıb.

İxrac edilən məhsulun dəyəri isə 2 milyon 967,6 min dollar olub və əldə edilən gəlir ötən ilin müvafiq dövrü ilə müqayisədə 316,1 min dollar və ya 9,6 faiz azalıb.

Təkcə aprel ayında Azərbaycandan xaricə 123,8 ton çay ixrac edilib və bu məhsulun ixracından 947,8 min dollar gəlir əldə olunub. Azərbaycan ötən ilin aprel ayı ilə müqayisədə çay ixracını 26,4 faiz azaldıb. Bir ay ərzində əldə edilən gəlir isə ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz azalıb.

Kateqoriya üzrə digər xəbərlər

Gəncləşməyin sehrli sirri – QIZIL MASKASI

Admin

Şəhidin ailə üzvləri koronavirusa yoluxdu

Admin

İraqda yanğın nəticəsində həlak olan koronavirus xəstələrinin sayı 64-ə çatıb – YENİLƏNİB + VİDEO

Admin

Rəşad Mahmudov: “Azərbaycan əsgərinin sağlamlığının qorunması üçün səhiyyə işçiləri var gücü ilə çalışır”

Admin

Bu şəxslər vaksinasiyaya əvvəlcədən hazırlanmalıdır – Adil Qeybulla

Admin

Azərbaycanda koronavirusdan ölənlərin dəfni ilə bağlı RƏSMİ AÇIQLAMA

Admin

Şərh yazın