Image default
AZƏRBAYCAN HƏRBİ

Azərbaycan Ordu Oyunlarında ilk beşlikdə

Azərbaycan “Beynəlxalq Ordu Oyunları- 2020”də 30 ölkə arasında ilk beşlikdə qərarlaşıb.

Bu barədə Rusiya Müdafiə naziri, ordu generalı Sergey Şoyqu konfrans zamanı deyib.

Onun sözlərinə görə, ilk beşliyə Azərbaycandan başqa Rusiya, Belarus, Özbəkistan və Vyetnam daxil olub.

Bu il 32 ölkədən olan hərbçilər Beynəlxalq Ordu Oyunları çərçivəsində 30 yarışında iştirak ediblər. İlk dəfə Beynəlxalq Ordu Oyunları Ordu Forumu ilə eyni vaxtda keçirilib, oyunlar kütləvi informasiya vasitələrinin təxminən 3 500 nümayəndəsi tərəfindən işıqlandırılıb. Forumda 92 xarici ölkədən nümayəndə heyəti iştirak edib. 1 400-dən çox şirkət 28 mindən çox hərbi məhsul nümunəsi təqdim edib. Təxminən 700 ədəd silah və hərbi texnika nümayiş etdirilib.

Kateqoriya üzrə digər xəbərlər

Türkiyədən Azərbaycana mexaniki minatəmizlənmə avadanlığı göndərildi – VİDEO

Admin

Ərdoğan Azərbaycanın tarixi zəfəri barədə: “Minsk Qrupu nəticə göstərmədi, biz bunu izlədik” – VİDEO

Admin

DTX Anım Günü ilə əlaqədar paylaşım edib – FOTO/VİDEO

Admin

İctimai işlərə cəlb edilən şəxslər elektron nəzarət vasitəsi gəzdirməli olacaq – QANUN

Admin

Hikmət Hacıyev: “Məscidin təhqir edilməsi bütün dinlərdə qəbuledilməzdir” – FOTO

Admin

Azərbaycanla Monqolustan arasında ilk siyasi məsləhətləşmələr – RƏSMİ

Admin

Şərh yazın