Image default
İDMAN

Azərbaycan millisinin bu gün oynayacağı rəqibdə üç futbolçu koronavirusa yoluxdu

21 yaşadək futbolçuların Avropa çempionatının seçmə mərhələsində bu gün yığmamızla qarşılaşacaq İsveçrə millisində koronavirusa növbəti yoluxma halları aşkarlanıb.

İsveçrə Futbol Assosiasiyasının saytı xəbər verir ki, daha üç futbolçunun testi müsbət çıxıb.

Bu barədə İsveçrə U-21-nin baş məşqçisi Mauro Lustrinelli məlumat verib.

O bildirib ki, Jeremi Qilemeno, Yasper van der Verf və Dan Ndoy koronavirusa yoluxub. Hər üç oyunçu karantinə alınıb və qarşıdakı iki matçda komandaya kömək edə bilməyəcək.

Əvəzində isə daha əvvəl koronavirusa yoluxmuş Noy Okafor sıraya dönüb.

Qeyd edək ki, bu gün Tun şəhərindəki eyniadlı arenada baş tutacaq İsveçrə – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. İsveçrə bu qrupun lideridir. Azərbaycan isə 6 xalla beşincidir. Bu, İsveçrədən fərqli olaraq, millimizin seçmə mərhələdə sonuncu oyunudur.

Kateqoriya üzrə digər xəbərlər

Azərbaycan millisinin məşqçiləri və idmançısı cəzalandırıldı – ÖZƏL

Admin

“Masters”in masterləri kimlər oldu? – YEKUN

Admin

Boksçumuz Avropa çempionatında ilk döyüşünə erməni əsilli idmançı ilə çıxacaq – FOTO

Admin

XXI əsrin ən yaxşı məşqçisi məlum oldu

Admin

Amerika Kuboku: Kolumbiyadan gözlənilməz məğlubiyyət, Venesuela son dəqiqədə məğlubiyyətdən qaçdı – VİDEO

Admin

Boksçunun döyüşdən sonra paylaşdığı şəkil heyrətləndirdi – FOTO

Admin

Şərh yazın