Image default
AZƏRBAYCAN DÜNYA

Azərbaycan İsrail silahları ilə əlini daha da gücləndirir – ŞƏRH + FOTO

Azərbaycanın İsraillə hərbi sənaye sahəsində əməkdaşlığı özünün pik nöqtəsinə çatıb. İsrailin “Meteor Aerospace” şirkəti ilə Bakı Gəmiqayırma Şirkəti ilə birgə müəssisə yaradıb, müəssisə “Caspian Meteor” adlanır.

“Caspian Meteor” xüsusi mülkiyyət statusunda yüksək texnoloji müdafiə şirkətidir.

Bu barədə şirkətin saytında bildirilir.

Azərbaycanda yerləşən müəssisə yerli sənaye potensialından və infrastrukturundan yararlanaraq milli müdafiə ehtiyacları üçün proqressiv həllər təqdim edir.

Səmadakı avtoritet

İsrailin “Meteor Aerospace” şirkəti pilotsuz uçuş aparatları, pilotsuz gəmilər, dəqiq zərbə endirən raketlər, hava hücumundan müdafiə sistemlərinin və peyklərinin yaradılması üzrə ixtisaslaşıb.

Beşinci nəsil silah istehsal edən “Meteor Aerospace” şirkətinin məşhur “obrazlarından” biri də “İmpact-700” pilotsuz uçuş aparatlarıdır. Bu səma avtoriteti innovativ dizayna malikdir və öz missiyasını optimallaşdırılmış şəkildə həyata keçirə bilir.

PUA kəşfiyyat, nəzarət missiyaları və yük daşımaq üçün nəzərdə tutulub.

Dənizdə pilotsuz gəmi

ORCA pilotsuz gəmiləri “Meteor Aerospace”in məhsuludur. Birgə müəssisədə bu gəmilərin təkmilləşdirilməsi üzərində də “baş sındırılacaq”.

ORCA limanların mühafizəsi, çay patrul xidməti həyata keçirmək və silahlı müşayiət funksiyasını özündə cəmləşdirən missiyaya malikdir. Sürəti saatda 60 uzla çatır.

Quruda “at oynadan”

Şirkətin hərbi təyinatlı “RAMBOW” avtomobili çoxmissiyalı sistemdir. Həm atəş aça bilir, həm logistik təchizata malikdir, həm də tibbi təxliyə üçündür.

Robot avtomobildə 360 dərəcə fırlanan kamera quraşdırılıb.

Texnika yolsuzluq şəraitində yüksək performans göstərmək, maneələri avtomatik aşkarlamaq qabiliyyətlərinə malikdir.

Birgə müəssisənin əhəmiyyəti

Düşünmək olar ki, müəssisə İsrail silahlarının daha da modernləşdirilməsini və onların Azərbaycan Ordusunun balansına verilməsini hədəfləyir. Bununla da Azərbaycan müasir silahlarla əlini daha da gücləndirəcək.

Kateqoriya üzrə digər xəbərlər

Çavuşoğludan Azərbaycana Bayraq Günü təbriki: “Üçrəngli bayrağınla məsud yaşa, Can Azərbaycan!” – FOTO

Admin

Türkiyədə güclü zəlzələ oldu

Admin

Ceyhun Bayramov pakistanlı həmkarı ilə Qarabağı müzakirə etdi – FOTO

Admin

Ərdoğan prezident oğlunun toyunda – FOTO/VİDEO

Admin

Putin TƏCİLİ GÖSTƏRİŞ VERDİ

Admin

Tramp ölkəsində qapanmanın qarşısını aldı

Admin

Şərh yazın