Image default
HADİSƏ / CİNAYƏT

Azərbaycan bir milyon avroluq dələduzluqda təqsirləndirilən türkiyəli iş adamını axtarışa verdi – FOTO

Azərbaycan hüquq-mühafizə orqanları türkiyəli iş adamı barəsində axtarış elan edib.

Məlumatda qeyd olunur ki, Ali Osman Kutanoğlu Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirli bilinir.

Ali Osman Kutanoğlu azərbaycanlı iş adamlarına qarşı dələduzluq etməkdə və onları şəxsi həyatları ilə bağlı şantaj etməkdə şübhəli bilinərək, 2017-ci ilin iyulunda İstanbulda saxlanılıb.

Məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilən Ali Osman Kutanoğlu istintaq təcridxanasına göndərilib. O, təxminən 1 ay sonra sərbəst buraxılıb.

Qeyd edək ki, Ali Osman Kutanoğlu azərbaycanlı iş adamlarına qarşı ümumilikdə 1 milyon 240 min avro dələduzluq edib.

Kateqoriya üzrə digər xəbərlər

Şamaxı və Samux sakinlərindən silah götürüldü

Admin

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru hakim qarşısında

Admin

Bakıda itkin düşən şəxs asılmış vəziyyətdə tapıldı

Admin

Komada olan yeniyetmə Tottinin səs yazısını dinləyərək həyata qayıdıb – FOTO

Admin

Əfqanıstanda cinayətkarların əlləri kəsiləcək

Admin

Ağcabədidə inzibati binada yanğın

Admin

Şərh yazın