Image default
AZƏRBAYCAN DÜNYA HƏRBİ

Azərbaycan bir də müharibəyə başlasa Ermənistan olmayacaq

Prezident İlham Əliyevin Şuşa səfəri zamanı erməni vandalizminin qurbanı olan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Pənahəli xanın sarayı, XIX əsrə aid Karvansaray tarix-memarlıq kompleksinin qalıqları önündə düşmənə, onların havadarlarına ünvanladığı açıq və sərt mesajları Novruz bayramı öncəsi Azərbaycan xalqına ən böyük hədiyyə oldu. Bundan öncəki bayramlarda “Gün gələr bu bayramı Şuşada, Cıdır Düzündə qeyd edərik” deyirdiksə, bu gün o arzumuz çin oldu. Azərbaycanın qəhrəman övladlarının qanı-canı, Ali Baş Komandanın qətiyyəti, uzaqgörənliyi sayəsində bir xalqın ümumi arzusu 30 il sonra gerçəyə döndü.

Lakin bu gün Şuşanın kadrlarını izlədikcə insan qəribə hisslər keçirir – həm sevinirsən, həm kədərlənirsən, həm fəxr edirsən, həm təəssüflənirsən. Bu bir-birinə zidd hisslərin qarışığında 30 illik həsrətin sona çatması, uğrunda verilən canlar, tökülən qanlar və düşmənin vandalizmini hər qarışında əks etdirən görüntülər ön planda dayanır. Vacib olan isə Azərbaycan öz mədəniyyət beşiyinə qovuşdu və bir daha ona barmaq uzatmağa heç kimə şans verməyəcək.

Şuşanı, Qarabağı 44 günlük Vətən Müharibəsi nəticəsində düşmən işğalından azad etməklə milli qürurumuzu bərpa etdik. Amma bundan sonra biz tariximizi və mənəvi mədəniyyətimizi o torpaqlarda bərpa etmək üçün səfərbər olmuşuq.

Prezidentin Qarabağa hər səfəri Böyük Qayıdışı sürətləndirən addım kimi yadda qalır. Sahibinə qayıdan torpaqlarımızda yeni həyat başlayır. Reallaşacaq bu layihələr, həmçinin bölgələrin, ümumilikdə Azərbaycanın iqtisadi potensialının artmasına stimul verəcək.

Düşmənə boş-boş bəyanatlar, revanşist açıqlamalar səsləndirməkdənsə əməli addımlar atıb, 10 Noyabr üçtərəfli bəyanatında nəzərdə tutulan müddəaları yerinə yetirmək istiqamətində əməli addımlar atmağa çağıran Ali Baş Komandanın Ermənistana ən böyük mesajı isə müharibənin bitməsindən 4 ay keçsə belə hələ də hərbi geyimi əynindən çıxarmamasıdır. Geosiyasi reallığın dəyişdiyi, postmüharibə dövrünün başladığı bir vaxtda düşmən hələ də ürəkbulandıran addımlarından əl çəkmir. Amma istər Ermənistanın hərbi siyasi rəhbərliyi olsun, istərsə də onların havadarları anlamalıdırlar ki, Azərbaycan ən böyük güzəştini məhz üçtərəfli bəyanata imza atmaqla Ermənistan adlı bir dövlətin dünyanın siyasi xəritəsindən silinməməsi ilə artıq bir dəfə etdi.

Müharibəyə qədərki dövrdə potensiallarını və imkanlarını aşan bəyanatlar səsləndirən Ermənistandakı hərbi-siyasi xunta rejimi və Dağlıq Qarabağdakı separatçılar güman edirdilər ki, “xilaskarları” bu dəfə də onların köməyinə çatacaq. Lakin II Qarabağ Müharibəsi göstərdi ki, müharibəyə hazır bir xalq, bir dövlət, bir Ordu var.

Kateqoriya üzrə digər xəbərlər

Şuşada azərbaycanlı polislər fəaliyyətə başladı

Admin

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

Admin

Xudayar Yusifzadə növbəti dəfə təltif edildi

Admin

Lənkəranda şəhid dəfnində baş verənlərlə bağlı RƏSMİ AÇIQLAMA

Admin

Çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması davam edir

Admin

Hava Hücumundan Müdafiə bölmələrimiz döyüş atışlarını icra edir – VİDEO

Admin

Şərh yazın