Image default
HƏRBİ

Azərbaycan əsgəri düşmən ordusunun “erməni ruhu”nu tamamilə məhv etdi

44 günlük müharibə dövründə cəbhədə darmadağın edilən Ermənistan ordusunun, daha doğrusu onun qalıqlarının mənəvi-psixoliji süqutu da artıq heç kimdə şübhə doğurmur.

Belə ki, hələ müharibə dövründə fərarilərinin sayını itirən erməni ordusu postmüharibə dövründə də bu baxımdan öz mövqeyini qoruyub saxlayır.

Ermənistan KİV-də dərc olunan məlumatlara görə, təkcə 18-25 may tarixləri arasında orduda bir fərarilik və iki intihar faktı üzə çıxıb. Artsrun Ovannisyan modeli ilə bütün dünyaya rüsvay olan Ermənistan MN-nin bu təcrübəsini rəhbər tutsaq, tamamilə əsaslı şəkildə bu rəqəmlərin qat-qat artıq olduğunu söyləməyə də haqqımız çatır.

“Can çəkişən” erməni ordusuna endirilən sonuncu zərbə isə, görünür, mayın 27-də endirilib. Belə ki, həmin tarixdə – saat 03:00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçərkən zərərsizləşdirilib və ələ keçirilib. Məlum olduğu kimi altı erməni terrorçu-diversant ələ keçirilib.

Bu hadisə bizim üçün növbəti dəfə Azərbaycan ordusunun döyüş əhval-ruhiyyəsinin yüksək səviyyədə olduğunun əyani sübutu kimi əlamətdar olub. Erməni tərəfində isə vəziyyət tamamilə fərqli və acınacaqlı məcrada özünü biruzə verib.

Nümunə kimi, erməni hərbi ekspert David Camalyanın “Sputnik Ermənistan” nəşrinə müsahibəsindəki diqqətçəkən məqamları göstərək.

Camalyan mayın 27-də Ermənistan ordusunun törətdiyi təxribatdan bəhs edərkən yekun nöqtəni “vətəni müdafiə edənlər özlərini müdafiəsiz hiss edir” fikri ilə qoyub. Erməni ekspertin sözlərinə görə, altı erməni diversantın əsir götürülməsi ordu sıralarında böyük qorxu və ümidsizlik yaradıb. Erməni əsgəri əsir düşmək qorxusu ilə xidmət aparır və belə olan halda onun öz mövqeyini qoyub qaçmasını istisna etmək olmaz.

Camalyan bəlkə də özü də bilmədən etiraf edir ki, mayın 27-də Ermənistan ordusunun qalıqlarının döyüş əhval-ruhiyyəsi sındırılıb.

Beləliklə, Ermənistan mətbuatının bu günki mənzərəsinə istinadən deyə bilərik ki, 27 may tarixi onlar üçün uzun illər unudulmayacaq bir dərs oldu. Təchizat, texniki imkan və şəxsi heyət baxımından ağır itkilər verən erməni ordusunun “döyüş ruhu”, mənəvi-psixoloji vəziyyəti də darmadağın edilib və artıq bu anlayışlar tamamilə süqut edib.

Azərbaycan ordusu 44 günlük müharibədə “yenilməz Ermənistan ordusu” mifini məhv etdiyi kimi, bu hadisə ilə də ermənilərin özləri tərəfindən uydurulan və fəxrlə barəsində bəhs etdikləri “erməni ruhu ölmür” şüarına son zərbəni endirib və onu layiq olduğu yerə – zibil qutusuna göndərib.

Kateqoriya üzrə digər xəbərlər

Putin Təhlükəsizlik Şurasına Qarabağ danışıqlarının nəticələrinin müzakirəsini təklif edib

Admin

Azərbaycan Ordusunun parad heyəti Moskvaya yola düşüb – VİDEO

Admin

Müdafiə Nazirliyindən SON DƏQİQƏ AÇIQLAMASI

Admin

MN: Düşmən Goranboy, Tərtər və Ağdamı atəşə tutur

Admin

Baş keşiş: Ermənistanın atəşi nəticəsində Gəncədə kilsəyə ciddi zərər dəyib

Admin

Elmar Fel: “İsraillilər azərbaycanlı mülki əhalinin bombardıman edilməsindən qəzəbləniblər”

Admin

Şərh yazın