Image default
HADİSƏ / CİNAYƏT HƏRBİ

Azərbaycan ərazisində yeddi dron zərərsizləşdirilib – RƏSMİ

Ümumilikdə Agentlik tərəfindən 27 sentyabr – 30 noyabr 2020-ci il tarixlərində 2 061 siqnal (əməliyyat çağırışı) əsasında 1 543 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub”. 

Müxbirinin məlumatına görə, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bəzi rayonlarda raket aşkarlanıb:

“Nəticədə, Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Göygöl, Naftalan, Kürdəmir, Füzuli, Tərtər, Tovuz, Şəmkir, Hacıqabul, Zərdab, Xızı, Xocavənd, Oğuz, Qəbələ rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına, Mingəçevir İES-in ərazisinə, Cənubi Qafqaz Boru Kəmərinin yaxınlığına, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilib, 727 ədəd partlamamış hərbi sursat (PHS), 4 330 ədəd piyada əleyhinə mina, 1 110 ədəd tank əleyhinə mina, 1 743 ədəd tank əleyhinə minanın partladıcısı, 76 ədəd detonator, 1 393 ədəd 9N235 bombacıqları, 10 730 ədəd müxtəlif çaplı patronlar, 2 ədəd qaz qumbarası, 168 qram qara barıt, 27 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, yeddi ədəd dron (zərərsizləşdirilib), iki ədəd raketin mikrosxemi və 1 643 ədəd partlamış raket hissələri aşkar olunub”.

O qeyd edib ki, bu günə kimi 26 rayon və şəhərin 120 məktəbində 3695 müəllimə təlim keçirilib.

Kateqoriya üzrə digər xəbərlər

“Mübariz” postunun alınmasında iştirak edən xüsusi təyinatlımız – VİDEO

Admin

Fərman İsmayılovun nəşi Bakıya gətirildi – FOTO/YENİLƏNDİ

Admin

Bakıda ağaclar yanır – VİDEO

Admin

Bakıda quldurlar taksi sürücüsünə hücum etdi

Admin

Bakıda mənzildən qadın meyiti tapıldı

Admin

Qərbdən türklərlə bağlı Afinaya XƏBƏRDARLIQ

Admin

Şərh yazın