Image default
İQTİSADİYYAT

Avtomobil alarkən DİQQƏTLİ OLUN – Zərərli siz çıxarsınız/VİDEO

Paytaxtda 15 vətəndaş avtomobil satışı ilə məşğul olan şirkət tərəfindən aldadıldığını iddia edir. Onlayn avtomobil satışı ilə məşğul olan şirkətdən avtomobil satın alan vətəndaşlar bir müddət sonra aldıqları maşının şirkət tərəfindən geri götürüldüyünü deyirlər. Qarşı tərəf isə ittihamları qəbul etmədiyini, tərəflər arasında imzalanmış müqaviləyə əsasən hərəkət etdiyini deyir. Bəs belə olan halda qanun nə deyir?

Onlar bir aydır ki, avtomobillərini geri ala bilmirlər.

Bir neçə vətəndaş onlayn avtomobil satışı ilə məşğul olan saytların birindən kreditə maşın alıblar. Lakin iddiaya görə, bu avtomobillər daha sonra həmin şirkətin sahibi tərəfindən geri alınıb.

Zərər çəkdiyini deyən şəxslərdən biri də Vəli Vəliyevdir. O, şirkətin rəhbəri Tural Rüstəmovdan ilkin ödəniş kimi 2 min manat verərək, 15 ay müddətinə hər ay 600 manat ödəməklə avtomobil alıb. Vəli Vəliyev iddia edir ki, o, avtomobili götürəndən bir neçə gün sonra təmir adıyla onu ustaya aparıb.

İndi nə avtomobilini, nə də pulunu geri ala bildiyni deyən Vəli Vəliyev dəfələrlə şirkətin rəhbərinə zəng etdiyini, lakin onun cavab vermədiyini bildirir. O, bir neçə rayondan şikayətçilərin olduğunu deyir.

Şikayətçilər arasında qazi də var. Aldadıldığını deyən Elşən Fətəliyev hətta ona satılan avtomobilin başqa bir şəxsə də satıldığını iddia edir.

İtirdiyi pulu geri almağa çalışan Elşən Fətəliyev şirkət sahibinin onun hesabına hissə-hissə pul göndərdiyini deyir.

Şirkətin rəhbəri Tural Rüstəmov isə ittihamların heç birini qəbul etmir.

Vəli Vəliyevlə bağlı məsələyə gəldikdə isə, Tural Rüstəmov ona verilən maşının əksər yerlərinin Vəli tərəfindən dəyişdirildiyini, bu səbəbdən maşının ondan alındığını və depozitin geri qaytarılmadığını deyir.

Bu tipli problemlərin həlli ilə bağlı hüquqşünas Anar Ramazanov bildirir ki, tərəflər arasında müqavilə imzalanıbsa, həmin müqaviləyə əsasən hərəkət edilməlidir.

Tural Rüstəmov onu da qeyd edir ki, o, avtomobili satmır, müəyyən şərtlərlə icarəyə verir. Ödəniş və tələblər tam yerinə yetirildikdən sonra bağlanan müqaviləyə əsasən həmin avtomobil onu icarəyə götürən şəxsin olur. Avtomobil üçün verilən depozitə gəldikdə isə, əgər avtomobil 3 ay ərzində geri qaytarılarsa, depozit geri verilmir. Yalnız kredit ödənişi tam bitdikdən sonra depozit geri qaytarılır. Bütün şərtlər də müqavilədə qeyd olunub və tərəflər buna razılıq verərək həmin müqaviləni imzalayıblar. (xezerxeber.az)

Kateqoriya üzrə digər xəbərlər

Pensiya yaşı nə zaman azaldılacaq? – VİDEO

Admin

“Vasmoy bazarı” bağlanır? – RƏSMİ AÇIQLAMA

Admin

Komitə sədri yeni təyin ediləcək müavinətlərin məbləğlərini açıqlayıb

Admin

190 manat birdəfəlik ödəmələrin verilməsinə başlanıldı

Admin

Bu şəxslərə və ailə üzvlərinə kompensasiya ödənəcək

Admin

Azərbaycanda qızıl və gümüş bahalaşdı

Admin

Şərh yazın