Image default
HADİSƏ / CİNAYƏT

Avtomatla havaya atəş açan şəxs tutuldu

Tərtər rayon sakininə bıçaqla xəsarət yetirən şəxs saxlanılıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinə noyabrın 1-də saat 20 radələrində Mirzalıbəyli kəndi ərazisində kənd sakini Ə.Nəsirovun Tərtər rayon sakini Ə.Bağırovun idarə etdiyi “VAZ-21102” markalı avtomobildə mübahisə zamanı onun qoluna bıçaqla xəsarət yetirib avtomobildən düşərək qaçması, daha sonra Ə.Bağırovun avtomobilin yük yerində olan avtomat silahı götürüb onun həyətinə gələrək orada avtomobillə getməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Bağırov saxlanılmış, ondan “AK” markalı avtomat silahı, 1 ədəd patron darağı və 1 ədəd patron götürülmüşdür. Tibbi müayinədən keçirilərkən onun orta dərəcəli sərxoş olması müəyyən edilmişdir.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) cinayət işi başlanmışdır.

Kateqoriya üzrə digər xəbərlər

Bakıda iki qadın sürücünün maşınları soyuldu – VİDEO

Admin

Bakıda estetik mərkəzdə işləyən 35 yaşlı qadının DƏHŞƏTLİ ÖLÜMÜ – TƏFƏRRÜAT

Admin

“Yeni Klinika”nın direktoru və digər şəxslərin cinayət işi məhkəməyə göndərilib

Admin

Dəniz quldurları ötən ay girov götürdükləri rusiyalı dənizçiləri azad etdilər

Admin

Belarusda gərginlik səngimir – FOTO/VİDEO

Admin

Xocavənddə dağlıq ərazidə YANĞIN: havaya 2 helikopter qaldırıldı – VİDEO

Admin

Şərh yazın