Image default
DÜNYA HADİSƏ / CİNAYƏT

“Atamla anam yataqdan durmurlar…”: Azyaşlı uşaqlar üç gün ölmüş valideynləri ilə yaşadı – FOTO

Azyaşlı uşaqlar üç gün vəfat etmiş valideynləri ilə birlikdə yaşayıblar.

Dəhşətli hadisə Rusiyanın Leninqrad vilayətində baş verib.

İlkin məlumatlara görə, gənc cütlük evdə hazırlanan turşudan zəhərlənərək ölüb.

Hadisə üç gün sonra üzə çıxıb: mərhumun bacısının telefon zənginə beş yaşlı uşaq cavab verərək, valideynlərinin yatdığını, atasının isə nəyə görə isə qap-qara qaraldığını deyib.

Həyəcana düşən qadın dərhal onlara gedib və 30 yaşlı kişi ilə 25 yaşlı qadının öz yataqlarında öldüyünü görüb.

İlkin məlumatlara görə, ər-arvadın ölümü gecə yemək yemələrindən sonra baş verib.

Hadisədən bir gün əvvəl gənc nənəsini ziyarətə gedib və ondan konservləşdirilmiş xiyar turşusu götürüb. İstintaq hesab edir ki, onun tərkibində neyrotoksin ola bilərdi.

Kateqoriya üzrə digər xəbərlər

Yevlaxda narkotik satan şəxs saxlanılıb – FOTO

Admin

Gəndob-Yalama yolunda iki maşın toqquşub, xəsarət alanlar var

Admin

Patriarx Kirilldən Bakı və İrəvana: Savaş başlasa…

Admin

Koronaviruslu xəstələrin qaldığı xəstəxana PARTLADI: 55 nəfər diri-diri yandı (YENİLƏNDİ)

Admin

Azərbaycanda keçmiş hərbi prokuror vəfat etdi

Admin

Ziyarətgaha gedən 19 nəfər cərimələndi

Admin

Şərh yazın