Image default
TEXNOLOGİYA

“ASAN xidmət”in mərkəz direktoru yeni vəzifəyə təyin edildi – YENİLƏNİB

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzinTelekom” MMC-nin rəhbərliyində təyinat olub.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev müvafiq əmr imzalayıb.

Nazirin əmrinə əsasən Tağı Tağı-zadə “AzinTelekom”un direktoru vəzifəsinin müvəqqəti icraçısı təyin edilib.

10:15

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN” xidmət) tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Tağı Tağı-Zadə vəzifəsindən azad edilib.

“Report”un məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb.

T.Tağı-Zadənin işdən çıxması yeni vəzifəyə təyin olunması ilə əlaqədardır.

Qeyd edək ki, 32 yaşlı T.Tağı-Zadə 2018-ci ildən “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru olub. O, daha əvvəl 2016-cı ildən 2018-ci ilə qədər MMC-nin direktor müavini vəzifəsində çalışıb.

Kateqoriya üzrə digər xəbərlər

“Instagram”da problemlər yaranıb

Admin

Dünyada tapılmayan yeni noutbuklar artıq Bakıda! – FOTO

Admin

Tik Tokun rəhbəri istefa verdi

Admin

Azərbaycanda üç yeni startap fəaliyyətə başlayır: Tələbələrə təcrübə proqramları təqdim ediləcək

Admin

Azərbaycanda tanınmış portal fəaliyyətini dayandırdı

Admin

Elektron imza alanların sayı açıqlanıb

Admin

Şərh yazın