Image default
HADİSƏ / CİNAYƏT TARİX

Arxeoloqlar 2000 il əvvəl baş vermiş qətlin üstünü açmağa çalışacaq – FOTO

Böyük Britaniyada arxeoloqlar təqribən 2 000 il əvvəl yaşamış və qətl hadisəsinin qurbanı olduğu ehtimal edilən insan qalıqlarını aşkar ediblər.

Bu barədə “The Daily Mail” məlumat yayıb.

Arxeoloqlar insan skeletini Bakinqemşir qraflığının Uendover şəhərində yerləşən fermalardan birinin yaxınlığından aşkar ediblər.

Cəsədin xəndəkdə üzü üstə və qollarının bağlı şəkildə olması şübhələrə əsas yaradıb.

Arxeoloqlar bildirib ki, qalıqları tapılan şəxsin yaşı hələ məlum deyil, lakin insan skeleti azı iki min il əvvələ məxsusdur.

Mütəxəssislər bildirib ki, hadisədən çox uzun müddət keçməsinə baxmayaraq, onlar bu sirli hadisəyə aydınlıq gətirməyə çalışacaqlar.

Kateqoriya üzrə digər xəbərlər

Heydər Əliyev prospektində mikroavtobus ağır qəza törətdi – ÖLƏN VAR

Admin

Bakı sakininin evindən külli miqdarda pul oğurlandı

Admin

Bakıda quldurlar taksi sürücüsünə hücum etdi

Admin

Azərbaycanın tanınmış memarı vəfat etdi

Admin

Gəncə sakini xəstəxananı qarət etdi – FOTO

Admin

Karantin rejimini pozan şəxsdə narkotik maddə aşkarlandı – VİDEO

Admin

Şərh yazın