Image default
HADİSƏ / CİNAYƏT

Arvadını məhkəmə binasının qarşısında öldürən şəxsdən xəbər var

2021-ci ilin iyunun 18-də Tərtər rayon sakini Arzu Abbasovanın öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Tərtər Rayon Prokurorluğundan verilən məlumata görə, zərərçəkmişin əri Anar Əliyev şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı rayon məhkəməsinin inzibati binasının qarşısında boşanmaq üçün növbəti məhkəmə iclasına gələn arvadı Arzu Əliyevaya bıçaqla xəsarətlər yetirib onu qəsdən öldürüb.

Anar Əliyev Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Kateqoriya üzrə digər xəbərlər

Qubada 85 yaşlı qadın yanaraq öldü

Admin

Dağ keçisinin məsciddən çıxarılması üçün jandarmaya müraciət etdilər – VİDEO

Admin

Azərbaycanda intim görüntüləri ilə şantaj edilən iş adamı ÖZÜNÜ ÖLDÜRDÜ – TƏFƏRRÜAT/QƏRAR

Admin

Bakı-Quba yolunda ağır qəza: Avtomobil tanınmaz hala düşdü – FOTO

Admin

Ermənistan polisi maska taxmayan vətəndaşı boğdu – VİDEO

Admin

Bakıda Naxçıvan sakini ağır yaralandı

Admin

Şərh yazın