Image default
TARİX

Alyaskada XX əsrin ortalarında təyyarə qəzasında ölənlərin qalıqları tapıldı

ABŞ hərbi qüvvələri Alyaskada XX əsrin ortalarında baş vermiş təyyarə qəzası qurbanlarının qalıqlarını aşkar edib.

Bu barədə “Associated Press” xəbər yayır.

Qazıntılar zamanı sərnişinlərin əşyaları da tapılıb: Budda heykəlciyi, uçuş kostyumu, bir neçə poçt markası, həmçinin, Vaşinqtondakı Müqəddəs Patrik kilsəsinin cədvəli.

Vaşinqton ştatından Alyaskaya uçan C-124 “Globemaster” hərbi təyyarəsi 22 noyabr 1952-ci il tarixində Ankoric şəhərinin yaxınlığında Qannett dağına çırpılıb. Qəzada 41 sərnişin və 11 ekipaj üzvü həyatını itirib. Hadisədən dərhal sonra ölülərin qalıqlarını çıxarmaq mümkün olmayıb və daha sonra təyyarə dağın ətəyi ilə sürüşərək, Koloni buzlağına enib.

Təyyarənin və qurbanların qalıqlarının axtarışına yalnız 2012-ci ildə hərbi təlim zamanı buzlaqda sarı rəngdə xilasetmə jileti tapıldıqdan sonra başlanılıb.

Bu günə qədər ölən 43 nəfərin qalıqlarını identifikasiya etmək mümkün olub.

Kateqoriya üzrə digər xəbərlər

Azərbaycanın tanınmış məşqçisi xərçəngə məğlub oldu – FOTO

Admin

Azərbaycan tarixi — dövrdən bu günə kimi

Admin

1200 yaşlı sabun emalatxanası TAPILDI

Admin

Misirdə 2500 il əvvəl dəfn edilmiş sarkofaq açıldı – FOTO/VİDEO

Admin

Bakıda XIV əsrin unudulan tarixi: Gizli tunel, şirin su quyusu, mayak… – REPORTAJ

Admin

“Keşikçidağ”da tarixi abidələr aşkarlandı – FOTO

Admin

Şərh yazın