Image default
TARİX

Almaniyada bir kişi, ətrafında isə altı qadının dəfn olunduğu qədim məqbərə aşkar edilib – FOTO

Almaniyanın mərkəzində yerləşən Saksoniya-Anxalt ərazisində fabrik üçün yerin hazırlanması zamanı 1 500 il əvvələ aid olduğu təxmin edilən məqbərə aşkar edilib.

Bu barədə “Daily Mail” agentliyi məlumat yayıb.

Məqbərənin mərkəzində gümüşdən hazırlanan qazanda insana məxsus olduğu ehtimal edilən kül aşkar edilib.

Qazanın ətrafında isə altı qadının skeleti aşkarlanıb. Arxeoloqlar ehtimal edir ki, bu şəxslər mərhumun kənizləri və ya arvadları ola bilər.

Bundan əlavə, məqbərənin içərisində 11 heyvanın skeleti tapılıb. Bu məqam məzarın yüksək vəzifəli şəxsə aid olduğunu deməyə əsas verir.

Kateqoriya üzrə digər xəbərlər

Misirdə 5 min il yaşı olan pivə zavodu tapılıb

Admin

Misirdə 2500 il əvvəl dəfn edilmiş sarkofaq açıldı – FOTO/VİDEO

Admin

Alyaskada XX əsrin ortalarında təyyarə qəzasında ölənlərin qalıqları tapıldı

Admin

Mətləb Ağadan “Lev Tolstoyun keçmişindən Robert Haynlaynın gələcəyinədək” haqqında

Admin

1200 yaşlı sabun emalatxanası TAPILDI

Admin

Tirinnazavrın skeleti rekord məbləğə satıldı

Admin

Şərh yazın