Image default
DÜNYA

Almaniya Türkiyə üçün HƏRƏKƏTƏ KEÇDİ – PKK-ya ŞOK

Almaniyada PKK terror təşkilatına dəstək olmaq üçün İraqın Ərbil şəhərinə getmək istəyən qrupa icazə verilmədiyi iddia edilir.

Bu barədə Almaniyanın nüfuzlu qəzetlərindən olan “Die Welt” polisə istinadən məlumat yayıb.

Bildirilir ki, PKK-ya yaxın olan kürd dərnəkləri terror təşkilatına dəstək üçün “canlı qalxan” kampaniyası başladıblar və iyun ayında onlar İraqa getmək üçün qrup halında yola çıxacaqdılar.

Qəzetin yaydığı xəbərdə qeyd olunub ki, Almaniyada qadağan olunan terror təşkilatı siyahısında yer alan PKK-nın NATO üzvü olan Türkiyəyə qarşı həyata keçirilən əməliyyatlara qatılması və ya passiv dəstək verməsi AFR-in maraqlarına əhəmiyyətli dərəcədə təsir edəcək: “Almaniya və ya Avropa vətəndaşlarının münaqişədə iştirakı Türkiyə ilə olan münasibətlərimizə mənfi təsir edəcək. Buna görə də heyətin ölkədən çıxmasının qarşısı alınıb”.

Almaniya polisi də qrupun ölkədən çıxmasının qarşısının alındığı ilə bağlı məlumat yayıb. Bildirilib ki, onlar Düsseldorf hava limanında saxlanılıblar.

Kateqoriya üzrə digər xəbərlər

BMT nümayəndəsi Ermənistandan qaçdı – ŞOK SƏBƏB

Admin

Bütün mal-qaranı satıb estetik əməliyyat etdirdiyi arvadı onu atıb getdi – FOTO

Admin

Ərdoğanın Aparatından İrana SƏRT CAVAB

Admin

Avtomobil evin divarından keçdi: İki uşaq yaralandı – VİDEO

Admin

İrəvanda atışma: Yaralılar arasında bələdiyyə başçıları da var

Admin

ABŞ admiralı Rusiya və Çinlə nüvə müharibəsi ehtimalından danışdı

Admin

Şərh yazın