Image default
HADİSƏ / CİNAYƏT MƏDƏNİYYƏT

Alış-veriş edərkən qaçırılan modelin cəsədi kütləvi məzarlıqda tapıldı – FOTO

Alış-veriş edərkən naməlum şəxslər tərəfindən qaçırılan 24 yaşlı meksikalı model Yessenia Alvaradonun qalıqları gizli kütləvi məzarlıqda tapılıb.

Bu barədə “Mirror” xəbər verib.

Alvaradonun cəsədindən əlavə məzarda ən azı altı nəfərin də qalıqlarının tapıldığı bildirilir.

Polis cəsədlərin tapıldığı ərazinin sahiblərini saxlayıb.

Onların narkotik kartelləri ilə əlaqəli ola biləcəyi ehtimal olunur.

Model avqustun 14-də Syudad-Obregon şəhərində dörd cinayətkar tərəfindən qaçırılmışdı.

Mərhumun beş yaşlı bir oğlu var.

Kateqoriya üzrə digər xəbərlər

Azərbaycanda fahişəliyə cəlb etməklə bağlı 39 fakt – RƏQƏMLƏR

Admin

ABŞ-da atışma: Səkkiz nəfər yaralandı

Admin

Ölkədən qızılın qanunsuz çıxarılmasının qarşısı alınıb

Admin

Kürdə batan 15 yaşlı yeniyetmənin meyiti tapıldı

Admin

Bakıda qadın həbsxanadakı oğluna toyuğun içində “patı” gətirdi – FOTO

Admin

Azərbaycanda yeniyetmə idmançı faciəvi şəkildə öldü

Admin

Şərh yazın