Image default
HADİSƏ / CİNAYƏT

Ağsuda kişi həmkəndlisini güllələyərək öldürdü

20 yanvar 2021-ci il tarixdə Ağsu rayon sakini Hacıyev Mürvət Zabit oğlunun qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Ağsu rayon prokurorluğundan verilən məlumata görə, istintaqla müəyyən edilib ki, zərərçəkmişin həmkəndlisi 1968-ci il təvəllüdlü Qaya Hacıyev şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı ov tüfəngindən atəş açaraq Mürvət Hacıyevi qəsdən öldürməyə cəhd edib.

Qaya Hacıyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Kateqoriya üzrə digər xəbərlər

Bakı-Sumqayıt yolunda qəza: Yük avtomobili yararsız vəziyyətə düşdü – VİDEO

Admin

Gecə saatlarında Bakıda güclü yanğın

Admin

Sosial şəbəkədəki davanı real həyatda davam etdirdi – ÖLDÜRMƏYƏ ÇALIŞDI – HƏBSLƏR VAR

Admin

Rusiyada Xalq artisti vəfat edib

Admin

Bakıda dəhşət: 39 yaşlı kişini övladları döyə-döyə öldürdü

Admin

37 yaşlı kişi yaşadığı evdə özünü asdı

Admin

Şərh yazın