Image default
SƏHİYYƏ

Ağsuda kafedə aşkarlanan koronavirus xəstəsinə cinayət işi başlanılıb

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Radim Qədirovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib və karantin qaydalarına riayət etməsi tapşırılıb. Lakin həmin şəxs yaşadığı ünvanı tərk edərək kafeyə gedib və infeksiyanın yayılmasına real şərait yaradıb. Əraziyə həkim briqadası dəvət olunub və o, evinə geri qaytarılıb.

R.Qədirov barəsində Ağsu RPŞ-də Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb.

Kateqoriya üzrə digər xəbərlər

BŞİH əməkdaşları kütləvi şəkildə koronavirus testindən keçirilib? – RƏSMİ

Admin

Xalq artisti infarkt keçirdi – Vəziyyəti ağırdır

Admin

AzTV-nin operatoru karantinə alındı

Admin

Azərbaycanda koronavirus xəstələri üçün ümid: 14 nəfər… – VİDEO

Admin

Azərbaycanda ŞOK: Həkimlər qızı olan anaya oğlan uşağı verib yola salıblar – FOTO

Admin

Azərbaycanda daha səkkiz nəfər koronavirusdan öldü – FOTO

Admin

Şərh yazın