Image default
HADİSƏ / CİNAYƏT

Ağsu sakininin həyətində 85 kiloqramdan artıq narkotik aşkarlanıb – FOTO

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Bico kənd sakini, əvvəllər də dəfələrlə məhkum olunmuş Bəhruz Mahmudov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı oradan aqrotexniki qulluq göstərilmiş, ümumi çəkisi 85 kiloqramdan artıq olan 13 ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb.

Araşdırma zamanı saxlanılan şəxsin narkotik tərkibli bitkiləri bir müddət həm şəxsi istifadəsi, həm də satış məqsədilə becərdiyi məlum olub.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsində cinayət işi başlanılıb, B.Mahmudovun ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

 

Kateqoriya üzrə digər xəbərlər

Ailəsi 46 yaşlı Xaçmaz sakinini axtarır – FOTO

Admin

İLGİNC OLAY: Gəlin qayınatanı döyüb heyvan damına köçürdü

Admin

Bakıda restoranda toy məclisi keçirənlər aşkarlandı – FOTO /VİDEO

Admin

Azərbaycanda torpağın altından külli miqdarda narkotik və tapança tapıldı

Admin

Bakı-Sumqayıt yolunda “KamAZ” aşdı – VİDEO

Admin

Xəzərdəki partlayışın hadisə yerindən görüntüləri – FOTO/VİDEO

Admin

Şərh yazın